. : MSK-nın aparatı

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin hüquqi, təşkilati-metodiki, analitik-informasiya, sənədləşdirmə, nəşr, maddi-texniki, sosial-məişət və digər təminatı onun Aparatı vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi Aparatda şöbələrin və digər struktur bölmələrinin qarşılıqlı əlaqələr əsasənda birgə fəaliyyətini təşkil edir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunu, ştat vahidlərini və işçilərinin vəzifə maaşlarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən ona ayrılmış vəsait hüdudlarında muəyyənləşdirir.

Mərkəzi Seçki Komissiyası Aparatı işcilərinin hüquqları, vəzifələri və məsuliyyətləri Azərbaycan Respublikasmın müvafiq qanunvericiliyi ilə və Komissiyanın təsdiq etdiyi Reqlamentlə müəyyən olunur.

TƏŞKİLAT ŞÖBƏSİ

HÜQUQ ŞÖBƏSİ

BEYNƏLXALQ ƏLAQƏLƏR ŞOBƏSİ

ÜMUMİ ŞÖBƏ

MƏTBUAT VƏ NƏŞR ŞÖBƏSİ

İNFORMASİYA TƏMİNATI ŞÖBƏSİ

TƏSƏRRÜFAT ŞÖBƏSİ

MALİYYƏ ŞÖBƏSİ


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası