. : MSK-nın APARATI/TƏSƏRRÜFAT ŞÖBƏSİ

Mərkəzi Seçki Komissiyası iclaslarının və digər tədbirlərin hazırlanması və keçirilməsi üçün Komissiya Aparatında struktur bölmələrinə texniki - təsərrüfat xidməti göstərilməsini təşkil edir;

Mərkəzi Seçki Komissiyasının Aparatında maddi dəyərlərin, əmlakın və avadanlığın uçotunu aparır, illik inventarizasiyanı təşkil edib, nəticəsi barədə Komissiyanın rəhbərliyinə müəyyən olunmuş qaydada məlumat verir, əmlakdan və avadanlıqdan düzgün istifadə olunmasına və onların saxlanmasına nəzarət edir;

Mərkəzi Seçki Komissiyası Aparatında texniki avadanlığın, rabitə və nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasını və etibarlı işini təmin edir;

Mərkəzi Seçki Komissiyası Aparatında əməyin mühafizəsinə, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət edir;

Mərkəzi Seçki Komissiyası binasınm və iş otaqlarının lazımi qaydada saxlanmasını təmin edir;

Şöbənin fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə yetirir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası