|
Seçkilərin və referendumların
hazırlanıb keçirilməsi sahə-sində Mərkəzi Seçki Komissiyasının
tədbirləri haqqında təlimatların Komissiya rəhbərliyinin
sərəncamına əsasən İNTERNET vasitəsilə yayımlanmasını,
eləcə də xarici ölkələrin və beynəlxalq təşkilatların
seçki məsələləri ilə əlaqədar məlumatlarının qəbul edilib,
Komissiyanın rəhbərliyinə təqdim olunmasını təşkil edir;
Xarici ölkələrin seçki qurumları ilə Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının qarşılıqlı əlaqələrini
təşkil edir;
Azərbaycan Respublikasında seçkiləri və referendumları
müşahidə etmək niyyətini bildirən xarici dövlətlərin,
beynəlxalq təşkilatların nümayəndələrinin ölkəyə səfər
proqramları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının
rəhbərliyinə təkliflər verir;
Seçkilər, referendumlarla əlaqədar olaraq
Azərbaycan Respublikasına gələn xarici ölkələrin, beynəlxalq
təşkilatlarm müşahidəçilərinin, eləcə də kütləvi informasiya
vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasında
akkreditə oiunmasını təşkil edir;
Azərbaycan Respublikasında
seçkilərin, referendumların hazırlanması və keçirilməsi
ilə əlaqədar sənəd və materialların Mərkəzi Seçki Komissiyası
rəhbərliyinin sərəncamı ilə xarici dillərə tərcümə olunaraq
müvafiq beynəlxalq qunjmlara, müşahidəçilərə çatdırılmasını
təmin edir;
Seçkilər, referendumlarla əlaqədar Azərbaycan Respublikasına
gələn xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinə
və müşahidəçilərinə məişət, nəqliyyat, mütərcimlik xidməti
göstərilməsini təşkil edir;
Seçki kampaniyaları, referendumlar zamanı xarici ölkə
nümayəndələri və müşahidəçiləri tərəfindən Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin nümayən-dələri
üçün brifinqlər, görüşlər keçirilməsində iştirak edir;
Seçki, referendum tədbirləri ilə əlaqədar olaraq respub-likanın
bölgələrinə səfər edən xarici ölkələrin, beynəlxalq
təşkilatların nümayəndələrinin və müşahidəçilərinin
müşayiət olunmasını təmin edir;
Şöbənin fəaliyyəti iləəlaqədar digər vəzifələri yerinə
yetirir.
|