|
Mərkəzi Seçki Komissiyası
iclaslarının, onun keçirdiyi müşavirə, seminar və digər
tədbirlərin sənəd layihələrinin Komissiya Katibliyinin
başqa şöbələri ilə birlikdə hazırlanmasında iştirakedir,
bu materialların çoxaldılmasını, Komissiya üzvlərinin
və dəvət olunan nümayəndələrin həmin tədbirlər barədə
xəbərdar edilməsini tərnin edir;
Mərkəzi Seçki Komissiyası iclaslarının protokollarını
ləngitmədən tərtib edir, lazımi iclas stenoqramlarının
aparılmasını, protokolların və digər sənədlərin sistemləşdirilib
saxlanmasmı təşkil edir;
Mərkəzi Seçki Komissiyası qərarlarının və başqa sənədlərin
vaxtında çoxaldılıb, icraçılara çatdmlmasını təmin edir;
Mərkəzi Seçki Komissiyası qərarlarının, habelə Komissiyanın
Aparatında xidməti yazışmaların hərəkətinə və icrasına,
Komissiyanın qərar və sorğuları ilə əlaqədar cavabların,
arayışların və digər materialların vaxtmda alın-masına
müntəzəm nəzarət edir;
Vətəndaşlardan Mərkəzi Seçki Komissiyasına daxil olan
məktub, ərizə və şikayətlərə icraçılar tərəfındən müəyyən
olunmuş müddətlərdə baxılmasına nəzarət edir, müraciətlərin
sayı, xarakteri və onlara baxılmasının nəticəsi haqqında
Komissiya rəhbərliyinə müəyyən olunmuş müddətlərdə və
qaydada məlumat verir;
Sənədlərin və materiallann saxlanılmaq üçün hazırlanmasını
və arxivə verilməsini təşkil edir;
Şöbənin fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə
yetirir |