. : MSK-nın APARATI/ TƏŞKİLAT ŞÖBƏSİ

Öz fəaliyyətini "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Qanun əsasında, Mərkəzi Seçki Komissiyası Aparatının daxili iş qaydasına uyğun sürətdə qurur;

Seçkilərin, referendumların hazırlanması və keçirilməsi dövründə siyasi, ictimai təşkilatlar və hərəkatlarla işguzar əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi sahəsində tədbirlər hazırlayıb, Mərkəzi Seçki Komissiyasının rəhbərliyinı təqdim edir;

Seçki komissiyalarına metodiki yardım məqsədilə materiallar hazırlayır;

Sseçkilərin, referendumların keçirilməsi üçün respublikanın inzibati-ərazi bölgələri üzrə əhalinin və seçicilərin sayı haqqında yerli dövlət orqanlarının təqdim etdikləri məlumatları öyrənib təhlil edir, ümumiləşdirir və lazımi qaydada istifadə üçun hazırlayır;

Seçkilərin, referendumların hazırlanıb keçirilməsinin əsas tədbirlərinin təqvim planlarının layihələrini hazırlayıb, Mərkəzi Seçki Komissiyasının rəhbərliyinı təqdim edir;

Ərazi, dairə və məntəqə seçki komissiyaları tərkibinin formalaşdırılmasına, seçkilərdə namizədlərin irəli sürülərək müvafiq seəki komissiyalarında qeydə alınmasına, qeydə alınmış namizədlərin siyahısının mətbuatda dərc olunmaq üçün hazırlanmasına, namizədlərin seçicilərlə göruşlərinin keçirilməsinə, seçici siyahıları ilə işin təşkilinə, səsvermə keçirilməsinə Mərkəzi Seçki Komissiyasının rəhbərliyi adından nəzarəti təmin edir;

Seçki sənədləri layihələrinin formaları üzrə təkliflər hazırlayır;

Seçki komissiyalarının fəaliyyəti (fəaliyyətsizliyi) ilə əlaqədar vətəndaşların ərizə və müraciətlərinə baxılmasında Mərkəzi Seçki Komissiyası rəhbərliyinin tapşırığı ilə iştirak edir;

Seçkilərin, referendumların hazırlanması və keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının hesabatlarının layihələrini Komissiyanın rəhbərliyinə təqdim olunmaq üçün hazırlayır;

Azərbaycan Respublikasında seçki və referendum komissiyalarının qabaqçıl iş təcrubəsini öyrənir, ümumiləşdirir və yayılmaq ücün Mərkəzi Seçki Komissiyasına təkliflər hazırlayır;

Şşöbənin fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə yetirir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası