. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 30 dekabr  2008-ci il tarixli
31/141-7  saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri:


M.M.PƏNAHOV

Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin sədri:


E.S.RÜSTƏMOV

Qeydə alınmış (alınmamış) referendum üzrə təşviqat qruplarının aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında

Təlimat

1.      Qeydə alınmış (alınmamış) referendum üzrə təşviqat qruplarının aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 131-ci və 132-ci maddələri ilə müəyyən edilir.

2. Müvafiq seçki komissiyasında qeydə alınmış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatını verənədək həmin komissiyanın razılığı ilə referendum üzrə maliyyə fondunun xərclənməmiş pul vəsaitini onu ianə vermiş vətəndaşlara və hüquqi şəxslərə proporsional nisbətdə qaytara bilərlər. Referendum üzrə təşviqat qrupları həmin hüquqdan istifadə etmədikdə, Seçki Məcəlləsinin 132-ci maddəsi tətbiq olunur.

3. Müvafiq seçki komissiyasında qeydə alınmamış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatları təqdim edilənədək referendum üzrə maliyyə fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərtilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa borcludur.

4. Referendum üzrə təşviqat qruplarının maliyyə fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvəkkil bank referendum üzrə səsvermə günündən 60 gün keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası