. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Bəzi normativ xarakterli aktlarin qəbul edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KİOMİSSİYASININ

Q Ə R A R I

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki (referendum) münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr,  2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki (referendum) münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə referendumun hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi qayda və təlimatların qəbul edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin    19.4-cü, 19.14-cü,  25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

  1. Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:

  2. Referendum üzrə təşviqat qruplarının yaradılması məqsədilə referendum üzrə təşəbbüs qruplarının formalaşdırılması haqqında Təlimat (Qərar N 31/141 – 1);

  3. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici  imzalarının toplanması məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları (Qərar N 31/141 – 2);

  4. Referendum üzrə təşviqat qrupunun  qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat (Qərar N 31/141 – 3);

  5. Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat (Qərar N 31/141 – 4);

  6. Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat (Qərar N 31/141 – 5);

  7. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat (Qərar N 31/141 – 6);

  8. Qeydə alınmış (alınmamış) referendum üzrə təşviqat qruplarının aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında Təlimat (Qərar N 31/141 – 7).

  9. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                 Natiq Məmmədov

Üzvlər:                                                                                              

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası