. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 30 dekabr 2008-ci
il tarixli 31/141-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə seçici  imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi

Q A Y D A L A R I

Müvafiq seçki komissiyası tərəfindən referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi təşəbbüs qrupu tərəfindən müvafiq seçki komissiyasına göndərilmiş bildirişin komissiya tərəfindən alınması barədə məlumat əldə edilən gündən başlanır. Səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü müvafiq seçki komissiyası katibliyinin möhürü ilə təsdiqlənməlidir. İmza vərəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra – Seçki Məcəlləsi) 4 saylı əlavədə göstərilən formada hazırlanmalıdır (Qaydalara 2 saylı əlavə). Səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən 2 nüsxədən ibarət akt (Qaydalara 1 və 1a saylı əlavələr) tərtib edilməlidir. Tərtib olunmuş akt səlahiyyətli nümayəndə, müvafiq seçki komissiyasının səlahiyyətlisi tərəfindən imzalanır və  komissiya katibliyinin möhürü ilə təsdiqlənir. Tərtib edilmiş akt imzalanıb möhürləndikdən sonra onun bir nüsxəsi müvafiq seçki komissiyasının katibliyində qalır, digər nüsxəsi isə imza vərəqələri ilə birlikdə səlahiyyətli nümayəndəyəyə təqdim edilir.

 

Əlavə 1
Əlavə 1"A"

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası