. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 22 yanvar  2009-cu il tarixli
2/9-3 saylı Qərarı ilə təsdiq edilmişdir.

Məntəqə seçki (referendum) komissiyalarının fəaliyyətində “Referendumda səsvermə günü üçün yaddaş” kitabçasının
tətbiqinə dair

İ Z A H

1.      Məntəqə seçki (referendum) komissiyalarının (bundan sonra – məntəqə seçki komissiyası) referendumda səsvermə günü öz fəaliyyətlərini qanunun tələblərinə uyğun qurmaları üçün aşağıdakılar izah edilir:
1.1.   Məntəqə seçki komissiyalarının hüquq və vəzifələri, səsvermə günü fəaliyyətinin istiqamətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi), həmin Məcəllənin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən qəbul edilmiş müvafiq təlimatlar və “Referendumda səsvermə günü üçün yaddaş” kitabçası ilə tənzimlənir.
1.2.   Metodiki göstəriş kimi “Referendumda səsvermə günü üçün yaddaş” kitabçası Seçki Məcəlləsinin müvafiq tələblərini özündə əks etdirməklə səsvermə günü ilə bağlı münasibətləri tənzimləyir.
1.3.   Məntəqə seçki komissiyaları səsvermə günü öz fəaliyyətlərində “Referendumda səsvermə günü üçün yaddaş” kitabçasına istinad etməklə onun tələblərini nəzərə almalıdırlar.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası