. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI
Bəzi normativ xarakterli aktların qəbul edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr,  2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə referendumun hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi normativ aktların qəbul edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü,  25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq      q ə r a r a   a l ı r :

1. Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:
  • Referendumda səsvermənin nəticələri haqqında məntəqə seçki (referendum) komissiyasının yekun protokolunun doldurulması qaydasına dair İzah (Qərar N 2/9-1);
  • Referendumda səsvermənin nəticələri haqqında dairə seçki (referendum) komissiyasının yekun protokolunun doldurulması qaydasına dair İzah (Qərar N 2/9-2);
  • Məntəqə seçki komissiyalarının fəaliyyətində “Referendumda səsvermə günü üçün yaddaş” kitabçasının tətbiqinə dair  İzah (Qərar N 2/9-3).
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                             Məzahir Pənahov

Müavin                                                        Svetlana Qasımova

Katib                                                            Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası