Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 8 yanvar 2009-ci il tarixli
1/4-7 saylı Qərarı ilə təsdiq edilmişdir.
Referendum zamanı səsvermə günü istifadə edilən
şəxsiyyəti təsdiq edən sənədlərin
S İ Y A H I S I
1. Azərbaycan Respublikasının ərazisində referendum üzrə səsvermə günü istifadə edilən sənədlər.
1.1
Azərbaycan Respublikasının vətəndaşları üçün:
–Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
–Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi.
O cümlədən:
1.2. Qaçqın və məcburi köçkün vətəndaşların üçün:
bu siyahının 1.1-ci bəndində göstərilən şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə.
1.3. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular üçün:
–zabitin şəxsi vəsiqəsi;
–hərbi bilet.
1.4. Barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər üçün:
–Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.
1.5. Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar üçün:
–Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd.
1.6. Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün:
–vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.
2. Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə günü istifadə edilən sənədlər.
2.1. Azərbaycan Respublikasının vətəndaşları üçün:
- ümumvətəndaş pasportu;
- xidməti pasport;
- diplomatik pasport.
|