Bəzi normativ xarakterli aktlarin qəbul edilməsi haqqinda
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
Q Ə R A R I
27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə referendumun hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi normativ aktların qəbul edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1.Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:
- Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat (Qərar N 1/4 – 1);
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin referendumda iştirakına dair Təlimat (Qərar N 1/4 – 2);
- Referendum zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında səsvermənin təşkili haqqında Təlimat (Qərar N 1/4 – 3);
- Referendumun zamanı Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermənin təşkili haqqında Təlimat (Qərar N 1/4 – 4);
- Referendum zamanı hərbi hissələrdə səsvermənin təşkilinə dair Təlimat (Qərar N 1/4 – 5);
- Referendumda seçicilərin vaxtından əvvəl səs verməsi qaydaları haqqında İzah (Qərar N 1/4 – 6);
- Referendum zamanı səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı (Qərar N 1/4 – 7).
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli |