. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-7 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin seçkilərində  imza vərəqələrində, habelə namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların
düzgünlüyünün yoxlanılması

Q A Y D A L A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikasının Seçki Məcəlləsi  (bundan sonra –  Seçki Məcəlləsi) ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Mərkəzi Seçki Komissiyasının namizədlərin Seçki Məcəlləsinə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır (Seçki Məcəlləsinin 59.1-ci maddəsi).
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 50 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməlidirlər. Mərkəzi Seçki Komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına Mərkəzi Seçki Komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onlar imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər. 
İmza vərəqələri yoxlanılarkən Mərkəzi Seçki Komissiyası namizədləri, onların səlahiyyətli nümayəndələrini, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə uyğun olaraq məlumatlandırır və onların iştirakını təmin edir.

İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmir. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir (Seçki Məcəlləsinin 59.4-cü maddəsi).
İmza vərəqələri Mərkəzi Seçki Komissiysına təqdim edilənədək, namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmıır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozuntu haqqında müvafiq qeydlər aparılsın (Seçki Məcəlləsinin 59.5-ci maddəsi).
İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri  -düzgün sayılır (Seçki Məcəlləsinin 59.6-cı maddəsi).
Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlərlə yanaşı, aşağıdakılar qeyri-düzgün hesab edilir (Seçki Məcəlləsinin 59.7-ci maddəsi):
- müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının) arayışı, yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları (Seçki Məcəlləsinin 59.7.1.ci maddəsi);
- namizəd irəli sürülməsi haqqında Mərkəzi Seçki Komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları (Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi);
- Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar (Seçki Məcəlləsinin 59.7.3-cü maddəsi);
- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya müxtəlif şəxslərin bir şəxs adından qoyulmuş imzalar (Seçki Məcəlləsinin 59.7.4-cü maddəsi);
- imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar (Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi).
İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtıə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar (Seçki Məcəlləsinin 59.8-ci maddəsi).
İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin  əl   yazısı   qaydasında  imzası  ilə  təsdiq  edilməyibsə   və   ya   səlahiyyətli   nümayəndənin  imzası   qeyri -düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayıllır (Seçki Məcəlləsinin 59.9-cu maddəsi).
Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz (Seçki Məcəlləsinin 59.11-ci maddəsi).
Seçki Məcəlləsinin 59.6–59.10-cu və 181-ci maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır (Seçki Məcəlləsinin 59.12-ci maddəsi). 
Hər bir prezidentliyə namizədin  imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri – Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla, etibarsız sayılmış imzaların sayı göstərilir (Qaydalara 1 saylı əlavə). Protokol Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına qoşulur.
Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan Mərkəzi Seçki Komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzaıarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə, müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir (Seçki Məcəlləsinin 59.13-cü maddəsi).

 I mərhələ – Namizədliyin irəli sürülməsi

Sənəd və məlumatların yoxlanılması mümkün olan orqan və qurumların siyahısı

Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə namizədliyin irəli sürülməsini təsdiq etmək və ya bundan imtina barədə qərar təqdim edir (Seçki Məcəlləsinin 53.6-cı və 54.9-cu maddələri).

 

Namizədə aid tələblər:

a, b, c) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Məlumat:  Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən:
a) Azərbaycan Respublikasının passiv seçki hüququna malik vətəndaşı olması;
b) seçkilər günü 35 yaşı tamam olması və ya yaşının 35-dən yuxarı olması;
c) Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşaması.


Namizəd özü tərəfindən irəli sürüldükdə, Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:

 

c) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumları  və ya vəkalətnaməni təsdiq   etmiş notariat kontoru.

a) namizədliyin irəli sürülməsinə dair bildiriş;
b) öhdəlik barədə ərizə;
səlahiyyətli nümayəndə təyin edilibsə;
c) namizəd tərəfindən təyin edilən səlahiyyətli nümayəndənin(nümayəndələrin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi;
ç) namizədliyin irəli sürülməsi prosedurunun Seçki Məcəlləsinin tələbinə uyğunluğu.


Yoxlanılmalı məlumatlar

 

 Bildirişdəki yoxlanılmalı məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) Azərbaycan Respublikasının ərazisində yaşadığı müddət
d) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
e) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü).

a, b, c, ç, d) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, müvafiq İcra Hakimiyyəti orqanı və ya mənzil istismar sahəsi;

e) şəxsin əmək münasibət-lərində olduğu qurum  və şəxslər; müvafiq vergi  orqanları.

Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) Azərbaycan Respublikasının ərazisində yaşadığı müddət;
d) təhsili;
e) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
ə) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü).

a, b, c, ç, e, f, g, ğ, h, x) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; müvafiq İcra Hakimiyyəti orqanı və ya mənzil istismar sahəsi;

d) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

 

respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə.

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
f) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
g) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;
ğ) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
h) xarici ölkə vətəndaşlığının olub-olmaması;
x) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması.

ə) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;
x) Azərbaycan Respublikası-nın  Xarici İşlər Nazirliyi


 Prezidentliyə namizəd tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsinin yoxlanılması:

 

a) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumu və ya vəkalətnaməni təsdiq etmiş notariat kontoru. 

a) vəkalətnamənin qanunauyğunluğu.

Namizədlik seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə, Mərkəzi Seçki Komissiyası tərəfindən  yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğu:

 

a) namizədliyin irəli sürülməsi barədə  bildiriş;

 

c) protokolu təsdiq edən fiziki və hüquqi şəxs və ya yığıncağın keçirilməsi üçün yer ayırmış,  yaxud protokolu öz möhürü ilə təsdiq etmiş subyekt.

b) namizədin Seçki Məcəlləsinin 53-cü və 180-ci maddələrinə uyğun tərtib olunmuş  öhdəlik ərizəsi;
c) seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu;
ç) namizədin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

     Namizəd  tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə:

a) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumu və ya vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

a) namizəd tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin (nümayəndələrin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi.

 Bildirişdəki yoxlanılmalı məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);
e) təşəbbüs qrupu üzvlərinin soyadları, adları, atalarının adları;
ə) doğum tarixləri
f) yaşayış yerlərinin ünvanları;
g) şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin seriyaları və nömrələri;
ğ) təşəbbüs qrupu üzvlərinin imzaları və tarix;

a, b, c, ç, e, ə, g, f) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

c, f,) müvafiq  İcra Hakimiyyəti orqanı və ya mənzil istismar sahəsi;
d) şəxsin əmək münasibətlə-rində olduğu qurum və şəxslər;   müvafiq vergi orqanları.

Təşəbbüs qrupunun nümayəndəsi təyin edilibsə:

a, c) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi;

b) müvafiq  İcra Hakimiyyəti orqanı  və ya mənzil istismar sahəsi;

a) təşəbbüs qrupu nümayəndəsinin soyadı, adı, atasının adı;
b) yaşayış yerinin ünvanı;
c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
ç)bildirişin verilmə tarixi.

Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c)  təhsili;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi
d)  yaşayış yerinin ünvanı;
e) Azərbaycan Respublikasının ərazisində yaşadığı müddət;
ə) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü).
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
f) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
h) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
x) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
i) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ı) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;
j) imzası, ərizənin yazılma tarixi.

 

a, b, d, ç, f, h) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
c) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respub-likasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;
d) müvafiq  İcra Hakimiyyəti orqanı  və ya mənzil istismar sahəsi;
ə) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;
e, x, ı) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
i) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.

Namizədlik siyasi partiyalar tərəfindən irəli sürüldükdə, Mərkəzi Seçki Komissiyası tərəfindən 
yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğu:

 

a, b) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumları və ya vəkalətnaməni təsdiq etmiş notariat kontoru;

c, ç, i) siyasi partiyanın ali orqanı və ya icra aparatı.
d, e) siyasi partiyanın ali orqanı və ya icra aparatı və ya şəxsin özü

a) siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
b)  siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
c) namizədliyin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanın iclasının) qərarı və müvafiq iclasın protokolu;
ç) siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı (siyahı Mərkəzi Seçki Komissiyasına verilir);
d) siyasi partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin razılıq məktubları;
i) siyasi partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada rəsmiləşdirilmiş vəkalətnamələri;
e) namizədin (namizədlərin) razılıq ərizəsi (ərizələri);
ə) namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

 Razılıq barədə ərizədəki yoxlanılmalı məlumatlar:

a, b, e, f, g, x) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.
c) müvafiq İcra Hakimiyyəti orqanı və ya mənzil istismar sahəsi;
d) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə.

ə) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər;  müvafiq vergi orqanları;

ç, ğ, h, x) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) Azərbaycan Respublikası ərazisində yaşadığı müddət;
d) təhsili;
e) şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
ə)  əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü).
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə
aşağıdakılar göstərilməlidir:
f) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
g) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
ğ) Azərbaycan Respublikasının vətəndaşı olması;
h) xarici ölkə vətəndaşlığının olub-olmaması;
x) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;
ı) imzası, ərizənin yazılma tarixi  

Namizədlik siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə Mərkəzi Seçki Komissiyasına təqdim edilməli sənədlər

 

Seçki Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq siyasi partiyalar blokunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən sənədləri  Seçki Məcəlləsinin tələblərinə uyğun formada Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir:

a) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumları və ya müvafiq sənədləri təsdiq etmiş notariat kontoru;

b, c, ç, d, e, ə, f, ğ) bloka daxil olan siyasi partiyaların rəhbər orqanları;

g, h) siyasi partiyanın ali orqanı və ya icra aparatı və ya şəxsin özü

a) bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;
b) bloka daxil olan siyasi partiyaların bloka daxil olmaq barədə sazişi;
c)  siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;
ç)  siyasi partiyalar blokunun tam və qısa adı barədə məlumat;
d)  siyasi partiyalar bloku öz emblemini də təsdiq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər;
e) səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin  təyin edilməsi barədə bloka daxil olan siyasi partiyaların iclasının (qurultay, konfrans və ya rəhbər orqanın) qərarı və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı;
ə) blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar;
f) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı;
q) səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubu (məktubları);
ğ) siyasi partiyaların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı:
h) maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubu (məktubları) 

 Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:

a, b, c, ç) siyasi partiyaların ali orqanı və ya icra aparatı;

a) siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər organının iclasının) namizədlik irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;

b) siyasi partiyalar blokuna daxil olan siyasi partiyalar nümayəndələrinin iclasının siyasi partiyaların bloku adından namizədlik irəli sürmək barədə qərarı və müvafiq iclasın protokolu;
c)siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı;
ç) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;
d) namizədin razılıq ərizəsi.

ç) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumları və ya vəkalətnaməni təsdiq etmiş notariat kontoru;

Namizədliyin irəli sürülməsinə razılıq verilməsi barədə ərizədəki yoxlanılmalı məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) Azərbaycan Respublikasının ərazisində yaşadığı müddət; 
d) təhsili;
e) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi;
ə) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);
f) siyasi partiyaya mənsubluğu;
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
g) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ğ) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;
h) Azərbaycan Respublikasının vətəndaşı olması;
x) xarici ölkə vətəndaşlığının olub-olmaması;
i) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;
ı) imza və tarix.

a, b, c, ç, e, g, ğ, h, x ) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

c) müvafiq İcra Hakimiyyəti orqanı və ya mənzil istismar sahəsi.       

d) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublika-sının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;

ə) şəxsin əmək münasibətində olduğu qurum və şəxslər və ya müvafiq vergi orqanları;

 

f) siyasi partiyanın ali  orqanı və ya icra aparatı;

i) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.


 Səlahiyyətli nümayəndənin razılıq məktubundakı yoxlanılmalı məlumatlar:

 

a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı, telefon nömrəsi;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, verilmə tarixi;
d) əsas iş yeri və vəzifəsi (bu olmadıqda – fəaliyyət növü);
e) imza və tarix.

a, b, c, ç) Azərbaycan Respub-likasının Daxili İşlər Nazirliyi; müvafiq İcra Hakimiyyəti orqanı və ya mənzil istismar sahəsi;     
d) şəxsin əmək münasibətlərin-də olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

 II mərhələ Namizədliyin qeydə alınması

 

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 65 və ən azı 40 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir (Seçki Məcəlləsinin 58.1-ci maddəsi):
- irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri (Seçki Məcəlləsinin 58.1.1-ci maddəsi);
- seçici imzalarının toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada protokolun 2 nüsxəsi (Seçki Məcəlləsinin 58.1.2-ci maddəsi);
- Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş (Seçki Məcəlləsinin 58.1.3-cü maddəsi);
- namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat (Seçki Məcəlləsinin 58.1.4-cü maddəsi);
-  gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış (Seçki Məcəlləsinın 58.3-cü maddəsi);
- mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (Seçki Məcəlləsinin 58.1.5-ci maddəsi);
- namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsaitlər göstərilməklə) (Seçki Məcəlləsinin 58.1.6-cı maddəsi);
Mərkəzi Seçki Komissiyası seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzalarının toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbuledilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin və oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir.
Mərkəzi Seçki Komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiayalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda Mərkəzi Seçki Komissyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir (Seçki Məcəlləsinin 60.1-ci maddəsi).
Namizədin qeydə alınması barədə qərarın surəti Mərkəzi Seçki Komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizədi irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir (Seçki Məcəlləsinin 60.2-ci maddəsi).

 

İmza toplayan subyektlər:

 

a) namizədin özü, səlahiyyətli nümayəndələr;
b) seçici imzalarını müqavilə əsasında toplayan şəxslər;
c) siyasi partiya və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri.

 

 İmza toplayan subyektlərə aid tələblər:

 

a) 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı olması;
b) aktiv seçki hüququna malik olması;
c) imza toplamağa hüququ olması;
ç) imza toplamış şəxsin soyadı, adı, atasının adı;
d) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;

a, b, c, ç, d) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.

  İmza toplanmasına dair tələblər və onların yoxlanılması:

 

1) əgər imzaları namizəd özü toplayıbsa, yalnız özü haqqında məlumatlar və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması; 
2) əgər imzaları səlahiyyətli nümayəndə toplayıbsa, onun haqqında məlumatlar və vəkalətnaməyə dair tələblərin bu Qaydalara uyğun olması;
3) əgər imzalar müqavilə əsasında digər şəxs tərəfindən toplanıbsa, onda tərəflər arasında müqavilənin olması və qanunauyğyunluğu, həmin şəxs haqqında məlumatlar,  imza toplayan şəxsə ödənilən məbləğə dair təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;
4)əgər imzalar siyasi partiya və ya siyasi  partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən toplanıbsa, onun siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi olması barədə təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

____
Qeyd: siyasi partiyalar və siyasi partiyalar bloku tərəfindən namizəd irəli sürülən zaman bu Məcəllənin 57 – 58-ci maddələrinə uyğun təqdim edilmiş məlumatların düzgün olmamasına görə həmin Məcəllənin 60.2-ci maddəsində göstərilən əsas o vaxt təsdiq edilə bilər ki, səhv məlumatlar namizədin təqsiri üzündən təqdim edilmiş olsun.

1) namizəd haqqında məlumat-lar və həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu bu Qayda-lara müvafiq yoxlanılmalıdır;
2) səlahiyyətli nümayəndəyə aid olan məlumatlar və həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və səlahiyyəti bu Qaydalara müvafiq yoxlanılmalıdır; 
3) müqavilə onu təsdiq edən orqan, ödəniş müvəkkil bank  vasitəsilə, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu isə bu Qaydalara müvafiq yoxlanıl-malıdır;
4) səlahiyyət səlahiyyəti təsdiq edən orqan vasitəsilə, imza toplayan subyektə aid tələblərə uyğunluğu isə bu Qaydalara müvafiq yoxlanılmalıdır.

1) İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri

 

İmza vərəqəsinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə 2, 2”A” saylı əlavələrin forma və məzmununa uyğunluğu.

 

 

İmza vərəqəsində yoxlanılması mümkün olan məlumatlar

 

1. Ərazisində imzaların toplandığı seçki dairəsinin adı.
2. Seçiciyə aid məlumat və tələblər:
a) imza edən vətəndaşın soyadı, adı, atasının adı;
b) doğulduğu il ( 18 yaşlı şəxsin həm də doğulduğu ay və gün);
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;
d) imza və onun qoyulduğu tarix;
e) seçki günü 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı olması;
ə)  aktiv seçki hüququna malik olması;
f)   namizədliyin müdafiəsi üçün qoyulmuş imzanın yalnız seciçiyə məxsus olması;
g) Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.
______
   Qeyd:  namizədliyin müdafiəsi üçün imza  qoyulması hüququ yalnız seçicinin özünə məxsusdur.

a, b, c, ç, e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazir-liyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi;

c) müvafiq İcra Hakimiyyəti orqanı və ya mənzil istismar sahəsi;

d, f) şəxsin özü vasitəsilə və ya qanunvericiliyə uyğun.

3. Namizədə aid məlumatlar:
a) soyadı, adı, atasının adı;
b) şəxsi imzası;
c) imzanın qoyulduğu tarix;
ç) namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin nömrəsi və adı;
d) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
e) Azərbaycan Respublikasının vətəndaşı olması;
ə) xarici ölkə vətəndaşlığının olub-olmaması;
f) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;
g) əgər namizədi siyasi partiya və ya siyasi partiyalar bloku irəli sürübsə, imza vərəqəsində siyasi partiyanın  və ya siyasi partiyalar blokunun adı.

a, ç, d, e, ə) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
f) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi;
g) Mərkəzi Seçki Komissiyası; müvafiq siyasi partiyanın ali orqanı və ya icra aparatı.

 

      İmza toplamış şəxsə aid məlumat  və tələblər:

 

a) şəxsin soyadı, adı, atasının adı;
b) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;
c) şəxsin imzası və imzanın qoyulduğu tarix;
ç)  18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı olması;
d)  aktiv seçki hüququna malik olması;
e)  imza toplamağa səlahiyyəti olması.

a, b, ç, d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi;

c) şəxsin özü vasitəsilə və ya
qanunvericiliyə  uyğun.

  1) Seçiciyə aid məlumat və tələblər:
a) imza edən vətəndaşın soyadı, adı, atasının adı;
b) doğulduğu il  (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün);
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;
d) imza və onun qoyulduğu tarix.
e) Azərbaycan Respublikası vətəndaşı və aktiv seçki hüququna malik olması;

a, b, c, ç, e)  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

d) Mərkəzi Seçki Komissiyası və müvafiq ekspertlər qrupu.

2) Seçici imzalarının toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokol:

a) Mərkəzi Seçki Komissiyasının  müvafiq Təlimatının 1 saylı əlavəsinin forma və məzmununa uyğun
b) 2 nüsxədə olub-olmaması.

 

3) Namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş

Müvafiq məlumatlara və onların yoxlanılması qaydasına uyğun.

4) Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat:

a) əsas iş yerindən əmək haqqı;
b) mükafat və maddi yardım;
c) mülki-hüquqi müqavilələrdən əldə edilən gəlir;
ç) sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir;
d) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir.

a, b, c, ç, d)  şəxsin əmək  və müqavilə münasibətlərində olduğu qurum və şəxslər; müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Qiymətli Kagızlar üzrə Dövlət Komitəsi və s.), müvafiq banklar.

_____
 Qeyd: bu məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən göstərilən orqanlara və şəxslərə müraciət etmək yolu ilə əldə edilə bilər.

 

5) Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat
( Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun forma və məzmunda).
Daşınmaz əmlak:

 

a) torpaq sahəsi;
b) yaşayış sahəsi;
c) mənzillər;
ç) bağlar;
d) qaraj, digər bina, tikili və avadanlıq.

a, b, c, ç, d) Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və s.

Nəqliyyat vasitələri:

 

a) minik avtomobilləri;
b) yük avtomobilləri;
c) digər nəqliyyat vasitələri.

a, b, c) Baş Dövlət Yol Polisi İdarəsi

6) Namizədin ilkin maliyyə hesabatı

 

 (Seçici imzalarının toplanmasının təşkilinə namizədin sərf etdiyi vəsaitin məbləği göstərilməklə).

  Müvəkkil bank

 

İmza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə protokol


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası