. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-5 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi

Q A Y D A L A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi prezidentliyə namizədin irəli sürülməsini təsdiq edən qərarın qəbul edildiyi gündən başlanır.
Namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü Mərkəzi Seçki Komissiyası Katibliyinin möhürü ilə təsdiqlənməlidir.
İmza vərəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra – Seçki Məcəlləsi) 2 və 2”A” saylı əlavələrdə göstərilən formada hazırlanmalıdır (Qaydalara 2 və 2 “A” saylı əlavələr).
Namizədə və ya səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən 2 nüsxədən ibarət akt (Qaydalara 1 saylı əlavə) tərtib edilməlidir. Tərtib olunmuş akt namizəd və ya səlahiyyətli nümayəndə, eləcə də Mərkəzi Seçki Komissiyasının katibi tərəfindən imzalandıqdan sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin möhürü ilə təsdiqlənir.
İmza vərəqələrinin qəbul edilməsi haqqında aktda namizədin və ya səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, verilən imza vərəqələrinin sayı və forması, habelə digər məlumatlar göstərilməlidir.

Tərtib edilmiş akt imzalanaraq möhürləndikdən sonra onun bir nüsxəsi Mərkəzi Seçki Komissiyası Katibliyinin Ümumi şöbəsində qalır, digər nüsxəsi isə verilən imza vərəqələri ilə birlikdə namizədə və ya səlahiyyətli nümayəndəyəyə təqdim edilir.

Azərbaycan Respublikası Prezidentinin seçkilərində Prezidentliyə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasından ötrü imza vərəqələrinin verilməsi haqqında akt (1 saylı əlavə)

İmza vərəqəsi (Seçki Məcəlləsinə 2 saylı əlavə)

İmza vərəqəsi (Seçki Məcəlləsinə 2"A" saylı əlavə)


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası