Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 5 oktyabr 2005-ci il tarixli
32/148 saylı
Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə
iştirak etmək hüququna malik olan Azərbaycan
Respublikası vətəndaşlarının və vətəndaşlığı
olmayan şəxslərin səsvermədə istifadə etdikləri,
şəxsiyyətlərini təsdiq edən sənədlərin
S İ Y A H I S I
1. Seçki hüququ olan Azərbaycan Respublikasının
vətəndaşları Azərbaycan Respublikası ərazisində
səsvermə zamanı aşağıdakı sənədlərdən istifadə
edirlər:
–Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi;
–Azərbaycan Respublikası vətəndaşının müvəqqəti
şəxsiyyət vəsiqəsi.
2. Azərbaycan Respublikası
ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər:
–vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.
3. Həqiqi və ya
müddətli hərbi xidmətdə olan hərbi qulluqçular:
–zabitin şəxsi vəsiqəsi;
–hərbi bilet.
4. Qaçqın və məcburi
köçkün vətəndaşlar:
bu siyahının 1-ci bəndində göstərilən şəxsiyyətlərini
təsdiq edən sənəd yoxdursa, Azərbaycan Respublikası
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş
formalı vəsiqə.
5.Barələrində həbs növündə qətimkan tədbiri
seçilərək istintaq təcridxanalarında saxlanılan
təqsirli bilinən şəxslər:
–Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
MQİBİ tərəfindən verilmiş
təqsirli bilinən vətəndaşın şəxsiyyətini təsdiq
edən sənəd;
6. Azadlıqdan məhrumetmə
yerlərində və xüsusi müəssisələrdə cəza çəkən
məhkumlar:
–Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
MQİBİ tərəfindən verilərək məhkumun şəxsiyyətini
təsdiq edən sənəd.
Seçki prosesində
yuxarıda göstərilənlərdən savayı, digər sənədlərdən
istifadə olunması yolverilməzdir.