|
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə iştirak etmək hüququna
malik olan Azərbaycan Respublikası vətəndaşlarının
və vətəndaşlığı olmayan şəxslərin səsvermədə istifadə
etdikləri, şəxsiyyətlərini təsdiq edən sənədlərin
siyahısının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 25.3-cü və 28.4-cü, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə iştirak
etmək hüququna malik olan Azərbaycan Respublikası
vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin
səsvermədə istifadə etdikləri, şəxsiyyətlərini
təsdiq edən sənədlərin siyahısı təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|