. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 4 iyul 2005-ci il tarixli
13/42 saylı Qərarı ilə təsdiq edilmişdir.


Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə imza vərəqələrində, habelə namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün
müvafiq seçki komissiyaları tərəfindən yoxlanılması

Q A Y D A L A R I

Müvafiq seçki komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının, namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin Seçki Məcəlləsinə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlamaq hüququ vardır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.1-ci maddəsi).
Müvafiq seçki komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 75 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.
Müvafiq seçki komissiyası imza vərəqələri yoxlanılarkən namizədləri, onların səlahiyyətli nümayəndələrini, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə uyğun olaraq məlumatlandırmaqla, onların iştiraklarını təmin edə bilər.


İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmir. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.4-cü maddəsi).
İmza vərəqələri müvafiq seçki komissiysına təqdim edilənədək, namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmıır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozuntu haqqında müvafiq qeydlər aparılsın (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.5-ci maddəsi).
İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri --düzgün sayılır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.6-cü maddəsi).
Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlərlə yanaşı, aşağıdakılar qeyri-düzgün hesab edilir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7-cü maddəsi):
- müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzalari (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.1.ci maddəsi);
- namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi);
- Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.3-cü maddəsi);
- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya müxtəlif şəxslərin bir şəxs adından qoyulmuş imzalar(Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.4-cü maddəsi);
- imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi).
İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtıə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.8-ci maddəsi).
İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-
-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayıllır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.9-cü maddəsi).
Seçki Məcəlləsinin 59.7–59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.11-ci maddəsi).
Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.12-ci maddəsi).

Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri – müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla, etibarsız sayılmış imzaların miqdarı göstərilir (Qaydalara 1 saylı əlavə).
Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzaıarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə, müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi, qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.13-cü maddəsi).

I mərhələ – Namizədliyin irəli sürülməsi

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə, namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq etmək və ya bundan imtina barədə qərar təqdim edir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.6-cı və 54.9-cu maddələri).

Sənəd və məlumatların yoxlanılması mümkün olan orqan və qurumların siyahısı:
Namizədə aid tələblər:
Məlumat: Azərbaycan Respublikası Konstitusiyasının 85-cü maddəsinə əsasən:
a) Azərbaycan Respublikasının passiv seçki hüququna malik vətəndaşı olması;
b) seçkilər günü 25 yaşı tamam olması və yaşının 25-dən yuxarı olması.
a, b) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarə-lərinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.
Namizəd özü tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:
a) namizədliyin irəli sürülməsinə dair bildiriş (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 4 saylı əlavə);
b) öhdəlik barədə ərizə (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 3 saylı əlavə);
Səlahiyyətli nümayəndə təyin edilibsə (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 5 saylı əlavə);
c) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin(nümayəndələrin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi;
ç) namizədliyin irəli sürülməsi prosedurunun Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə uyğunluğu.
c) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.
Yoxlanılmalı məlumatlar:  
Bildirişdəki yoxlanılmalı məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü).
a, b, ç) Azərbaycan Res-publikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qey-diyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) mənzil istismar sahəsi; müvafiq icra hakimiyyəti nümayəndəliyi;
d) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d) əsas iş və ya xidmət yeri (bu olmadıqda, fəaliyyət növü).

a, b, f) Azərbaycan Res-publikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qey-diyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) mənzil istismar sahəsi; müvafiq icra hakimiyyəti nümayəndəliyi;
ç) müvafiq ali təhsil müəssi-səsi və ya Azərbaycan Respublikasının Təhsil Nazir-liyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə.

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;
f) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması.
d) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər; müvafiq vergi orqan-ları;
e, ə) Azərbaycan Respublika-sı Daxili İşlər Nazirliyinin Əməliyyat-Sorğu İnformasiya İdarəsi;
g,ğ ) Azərbaycan Respublika-sının Daxili İşlər Nazirliyi.
Deputatlığa namizəd tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsinin yoxlanılması:  
a) Vəkalətnamənin qanunauyğunluğu
a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.
Namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğu:  
a) namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavə);
b) namizədin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53-cü maddəsinə uyğun tərtib olunmuş öhdəlik ərizəsi (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 3 saylı əlavə);
c) seçicilərin təşəbbüs qrupunun yaradılması barədə yığıncağın protokolu (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavə);
ç) namizədin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.
c) protokolu təsdiq edən fiziki və hüquqi şəxs və ya yığıncağın keçirilməsi üçün yer ayırmış, yaxud protokolu öz möhürü ilə təsdiq etmiş subyekt.
Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə:  
a) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin(nümayəndələrin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi.
a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.
Bildirişdəki yoxlanılmalı məlumatlar:  
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü);
e) təşəbbüs qrupu üzvlərinin soyadı, adı, atasının adı;
ə) yaşayış yerinin ünvanı;
f) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
g) təşəbbüs qrupu üzvlərinin imzası və tarix;
a, b, ç, e, f) Azərbaycan Respublikası Daxili İşlər Nazir-liyi şəhər və ya rayon polis idarələrinin müvafiq qey-diyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
ə, c) mənzil istismar sahəsi;
müvafiq icra hakimiyyəti nümayəndəliyi;
d) şəxsin əmək münasibətlə-rində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.
Təşəbbüs qrupunun nümayəndəsi təyin edilibsə:
a) təşəbbüs qrupu nümayəndəsinin soyadı, adı, atasının adı;
b) yaşayış yerinin ünvanı;
c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
ç)bildirişin verilmə tarixi.
a, c) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
b) mənzil istismar sahəsi;
müvafiq icra hakimiyyəti nümayəndəliyi.
Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:
 
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) təhsili;
ç) yaşayış yerinin ünvanı;
d) əsas iş və ya xidmət yeri (bu olmadıqda, fəaliyyət növü).
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
h) xarici ölkə vətəndaşlığının olub-olmaması;
x) başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;
ı) imzası.

a, b, f) Azərbaycan Respublika-sı Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respub-likasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsi ilə;
ç) mənzil istismar sahəsi; müvafiq icra hakimiyyəti nümayəndəliyi;
d) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər; müvafiq vergi orqan-ları;
e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliy-yat-Sorğu İnformasiya İdarəsi;
h, x) Azərbaycan Respublikası-nın Daxili İşlər Nazirliyi.

Namizəd siyasi partiyalar tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən
yoxlanılmali sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğu:
 
a) siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
b) siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
c) namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanın iclasının) qərarı və müvafiq iclasın protokolu;
ç) siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 və 3 saylı əlavələr); (siyahı Mərkəzi Seçki Komissiyasına verilir).
d) siyasi partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;
e) namizədin (namizədlərin) razılıq ərizəsi(ərizələri) (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavə );
ə) namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.
a, b) Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi və ya vəkalətnaməni təsdiq etmiş notariat kontoru;
c, ç) siyasi partiyanın ali orqanı
və icra aparatı.
Razılıq barədə ərizədəki yoxlanılmalı məlumatlar:  
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d) əsas iş və ya xidmət yeri (bu olmadıqda, fəaliyyət növü).
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə
aşağıdakılar göstərilməlidir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f) Azərbaycan Respublikasının vətəndaşı olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;
h) imzası.
a, b, f) Azərbaycan Respublika-sı Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.
c) mənzil istismar sahəsi;
müvafiq icra hakimiyyəti nümayəndəliyi;
ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respubli-kasının Təhsil Nazirliyi; respub-likadan kənarda təhsil alan şəxslər barəsində olan məlu-matlar da Azərbaycan Respub-likasının Təhsil Nazirliyi vasitəsilə.
d) şəxsin əmək münasibətlərin-də olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;
e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat-Sorğu İnformasiya idarəsi
g, ğ) Azərbaycan Respublikası-nın Daxili İşlər Nazirliyi.
Namizəd siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə Mərkəzi Seçki Komissiyasına təqdim edilməli sənədlər:
 
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq siyasi partiyalar blokunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun formada Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
( Aşağıdakılar Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanıla bilər):

 
a) bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;
b) bloka daxil olan siyasi partiyaların bloka daxil olmaq barədə sazişi;
c) siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;
ç) siyasi partiyalar blokunun tam və qısa adı barədə məlumat;
d) siyasi partiyalar bloku öz emblemini də təsdiq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər;
e) səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı ya da rəhbər orqanının qərarı;
ə) blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar;
f) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 və 3 saylı əlavələr );
g) səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubu(məktubları) (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 4 saylı əlavə);
ğ) siyasi partiyaların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı:
h) maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubu(məktubları) ( AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 5 saylı əlavə ).
a) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi və ya nizamnaməni təsdiq etmiş notariat kontoru;
b, c, ç, d, e, ə) bloka daxil olan siyasi partiyaların rəhbər orqanları;
f, g, ğ,h) siyasi partiyanın ali orqanı və ya icra aparatı.
Dairə seçki komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:
 

a) siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların qurultayının (konfranslarının, rəhbər organının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
b) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 və 3 saylı əlavələr );
c) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;
ç) namizədin razılıq ərizəsi ( AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavə ).

a, b) siyasi partiyaların ali orqanı və ya icra aparatı;
c) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.
Namizədliyinin irəli sürülməsinə razılıq verilməsi barədə ərizədəki yoxlanılmalı məlumatlar  

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi;
e) əsas iş və ya xidmət yeri (bu olmadıqda, fəaliyyət növü);
ə) siyasi partiyaya mənsubluğu;
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar
göstərilməlidir:
f) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
g) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;
ğ) Azərbaycan Respublikasının vətəndaşı olması;
h) xarici ölkə vətəndaşlığının olub-olmaması;
x) başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;
ı) imza və tarix.


a, b, d, ğ) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) mənzil istismar sahəsi. müvafiq icra hakimiyyəti nümayəndəliyi;
ç) müvafiq ali təhsil müəssisəsi
və ya Azərbaycan Respubli-kasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;
e) şəxsin əmək münasibətində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları
ə) siyasi partiyanın ali orqanı və ya icra aparatı;
f, g) Azərbaycan Respublikası-ın Daxili İşlər Nazirliyinin Əmə-liyyat-Sorğu İnformasiya İda-rəsi;
h, x) Azərbaycan Respublikası-nın Daxili İşlər Nazirliyi.

Səlahiyyətli nümayəndənin razılıq məktubundakı yoxlanılmalı məlumatlar:
a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı, telefon nömrəsi;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi;
d) əsas iş yeri və vəzifəsi (bu olmadıqda, fəaliyyət növü);
e) imza və tarix.

a, b, ç) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) mənzil istismar sahəsi; müvafiq icra hakimiyyəti nümayəndəliyi;
d) şəxsin əmək münasibətlərin-də olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.
II mərhələ - Namizədliyin qeydə alınması məsələsinin həlli:
 

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 105 və ən azı 70 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsi):
- irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.1-ci maddəsi);
- seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada protokolun 2 nüsxəsi (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.2.-ci maddəsi);
- Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.3-cü maddəsi);
- namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.4-cü maddəsi);
- gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış ( Azərbaycan Respublikası Seçki Məcəlləsinın 58.3-cü maddəsi);
- mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.5-ci maddəsi);
- namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsaitlər göstərilməklə). (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.6-cı maddəsi);
Namizədin qeydə alınması üçün müvafiq seçki sənədləri təqdim edilərkən, eyni zamanda qeydiyyatı həyata keçirən seçki komissiyasının hesabına müvafiq seçki fondunun yuxarı həddinin 3 faizi məbləğində könüllü qeydiyyat depozitinin köçürülməsi barədə bank sənədi təqdim edilə bilər (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.5-ci maddəsi).
Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbuledilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin və oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.4-cü maddəsi) (AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 7 saylı əlavə).
Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiayalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsi).
Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2-ci maddəsi).

 
İmza toplayan subyektlər:  
a) namizədin özü, səlahiyyətli nümayəndələr;
b) seçici imzalarını müqavilə əsasında toplayan şəxslər;
c) siyasi partiya və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri.
 
İmza toplayan subyektlərə aid tələblər:  
a) 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşı olması;
b) imza toplamağa hüququ olması;
c) imza toplamış şəxsin soyadı, adı, atasının adı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, sənədin verilmə tarixi;
a, b, c, ç) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində bu Qayda-lara uyğun yoxlanılmalıdır.
İmza toplanmasına dair tələblər və onların yoxlanılması  

1) əgər imzaları namizəd özü toplayıbsa, yalnız özü haqqında məlumatlar və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;
2) əgər imzaları səlahiyyətli nümayəndə toplayıbsa, onun haqqında məlumatlar və vəkalətnaməyə dair tələblərin bu Qaydalara uyğun olması;
3) əgər imzalar müqavilə əsasında digər şəxs tərəfindən toplanıbsa, onda tərəflər arasında müqavilənin olması və qanunauyğyunluğu, həmin şəxs haqqında məlumatlar, imza toplayan şəxsə ödənilən məbləğə dair təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid tələblərə uyğunluğu və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;
4)əgər imzalar siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən toplanıbsa, onun siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi olması barədə təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

Qeyd: siyasi partiyalar və siyasi partiyalar bloku tərəfindən namizəd irəli sürülən zaman bu Məcəllənin 57 – 58-ci maddələrinə uyğun təqdim edilmiş məlumatların düzgün olmamasına görə həmin Məcəllənin 60.2-ci maddəsində göstərilən əsas o vaxt təsdiq edilə bilər ki, səhv məlumatlar namizədin təqsiri üzündən təqdim edilmiş olsun.

1) namizəd haqqında məlumat-lar və həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu bu Qayda-lara müvafiq yoxlanılmalıdır;
2) səlahiyyətli nümayəndəyə aid olan məlumatlar və həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və səlahiyyəti bu Qaydalara müvafiq yoxlanılmalıdır;
3) müqavilə onu təsdiq edən orqan, ödəniş müvəkkil bank vasitəsilə, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu isə bu Qaydalara müvafiq yoxlanıl-malıdır;
4) səlahiyyət səlahiyyəti təsdiq edən orqan vasitəsilə, imza toplayan subyektə aid tələblərə uyğunluğu isə bu Qaydalara müvafiq yoxlanilmalıdır.
1) İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri

İmza vərəqəsinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 17 avqust 2004-cü il tarixli 13/76 saylı Qərarına və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə 1, 1”A” saylı əlavələrin forma və məzmununa uyğunluğu.

 
İmza vərəqəsində yoxlanılması mümkün olan məlumatlar:

1. Seçki dairəsinin adı.
2. Seçiciyə aid olan məlumat və tələblər:
a) imza edən vətəndaşın soyadı, adı, atasının adı;
b) doğulduğu il ( 18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;
d) imza və onun qoyulduğu tarix.
e) seçki günü 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olması;
ə) aktiv seçki hüququna malik olması:
f) namizədin irəli sürüldüyü seçki dairəsinin ərazisində daimi yaşaması;
g) namizədliyin müdafiəsi üçün qoyulmuş imzanın yalnız seciçiyə məxsus olması;
ğ) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

Qeyd: namizədliyin müdafiəsi üçün imza qoyulması hüququ yalnız seçicinin özünə məxsusdur.

a, b, ç, e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazir-liyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c, f) mənzil istismar sahəsi;
müvafiq icra hakimiyyəti nüma-yəndəliyi;
g) qanunla müəyyən olunmuş qaydada.

3. Namizədə aid məlumatlar:
a) soyadı, adı, atasının adı;
b) şəxsi imzası;
c) imzanın qoyulduğu tarix;
ç) namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin nömrəsi və adı;
d) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməlii olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
e) Azərbaycan Respublikasının vətəndaşı olması;
ə) xarici ölkə vətəndaşlığının olub-olmaması;
f) başqa ölkələr qarşısında öhdəliklərin olub-olmaması;
g) əgər namizədi siyasi partiya və ya siyasi partiyalar bloku irəli sürübsə, imza vərəqəsində siyasi partiyanın və ya siyasi partiyalar blokunun adı.
a, e) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
b) şəxsin özü vasitəsilə;
ç, d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat-Sorğu İnformasiya İdarəsi;
ə, f) Azərbaycan Respublikası-nın Daxili İşlər Nazirliyi;
g) Mərkəzi Seçki Komissiyası; müvafiq siyasi partiyanın icra və ya ali orqanı.
3. İmza toplamış şəxsə aid məlumatlar və tələblər:
a) şəxsin soyadı, adı, atasının adı;
b) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;
c) şəxsin imzası və imzanın qoyulduğu tarix;
ç) 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşı olması;
d) aktiv seçki hüququna malik olması.
e) imza toplamağa səlahiyyəti olması.
a, b, ç, d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) şəxsin özü vasitəsilə,
Qanuna və bu Qaydalara
uyğun.

1) Seçiciyə aid məlumat və tələblər:

 
2) Seçici imzalarının toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokol:
a) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/45 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavənin forma və məzmununa uyğun
b) 2 nüsxədə olub-olmaması.
3) Namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş: Müvafiq məlumatlara və onların yoxlanılması qaydasına uyğun.
4) Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat:

(Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq AR MSK-nın 4 iyul 2005-ci il tarixli 13/43 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun):

 
a) əsas iş yerindən əmək haqqı;
b) mükafat və maddi yardım;
c) mülki-hüquqi müqavilələrdən əldə edilən gəlir;
ç) sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir;
d) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir.
Qeyd: bu məlumatlar müvafiq komissiyalar tərəfindən göstərilən orqanlara və şəxslərə müraciət etmək yolu ilə əldə edilə bilər.

a, b, c, ç, d) şəxsin əmək və müqavilə münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.


5) Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat
( Azərbaycan Respublikasının Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun forma və məzmunda).

Daşınmaz əmlak:

 
a) torpaq sahəsi;
b) yaşayış sahəsi;
c) mənzillər;
ç) bağlar;
d) qaraj, digər bina, tikili və avadanlıq.
a, b, c, ç, d) Texniki İnventar-laşdırma və Mülkiyyət Hüquq-larının Qeydiyyatı İdarəsi, onun yerli qurumları və ya müvafiq bələdiyyə orqanları.

Nəqliyyat vasitələri:
a) minik avtomobilləri;
b) yük avtomobilləri;
c) digər nəqliyyat vasitələri.

a, b, c) Dövlət Yol Polisi İdarəsi
6) Namizədin ilkin maliyyə hesabatı
(Seçici imzaları toplanmasının təşkilinə namizədin sərf etdiyi vəsaitin məbləği göstərilməklə).
namizədin seçici imzalarının toplanmasının təşkilinə sərf etdiyi vəsaitin məbləği göstərilməklə
Müvəkkil bank.

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası