. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün müvafiq seçki komissiyaları tərəfindən yoxlanılması Qaydalarının təsdiq edilməsi və imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə Aktın nümunəsinin qüvvədən düşməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

1. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün müvafiq seçki komissiyaları tərəfindən yoxlanılması Qaydaları” təsdiq edilsin.
2. İmza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə Akt nümunəsi qüvvədən düşmüş hesab edilsin.


Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası