Azərbaycan
Respublikası
Mərkəzi
Seçki Komissiyasının
4
iyul 2005-ci il tarixli
13/41
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə deputatlığa namizədlərin qeydə alınması
üçün dairə seçki komissiyalarına təqdim olunan
seçki sənədlərində və imza vərəqələrindəki məlumatların
düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq
dairə seçki komissiyası tərəfindən yaradılmış
işçi qrupu haqqında
Ə s a s n a m ə
Bu Əsasnamə təsdiq
edilmiş deputatlığa namizədin qeydə alınması
üçün dairə seçki komissiyalarına təqdim olunmuş
seçki sənədlərində və imza vərəqələrində olan
məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə
yaradılmış işçi qrupunun (bundan sonra – işçi
qrupu) huquqlarını, vəzifələrini və fəaliyyət
qaydalarıını müəyyən edir.
1. Ümumu müddəalar
1.1. İşçi qrupu
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
qəbul etdiyi normativ xarakterli aktlara və
müvafiq dairə seçki komissiyasının qərarlarına
uyğun fəaliyyət göstərir.
1.2. İşçi qrupu seçki sənədlərində və imza vərəqələrində
olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci
maddəsinin tələbinə uyğun olaraq müvafiq dairə
seçki komissiyaları tərəfindən yaradılır.
1.3. İşçi qrupunun tərkibinə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Azərbaycan Elmi - Tədqiqat
və Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya
Problemləri İnstitutunun ekspertləri, maliyyə,
daxili işlər nazirliklərinin rayon şöbələrinin
və Vergilər Nazirliyinin ərazi üzrə departamentlərinin
mütəxəssisləri sırasından ekspertlər, əhalinin
qeydiyyatını həyata keçirən xüsusiləşdirilmış
orqanların – şəhər rayon polis idarələrinin
və rayon polis şöbələrinin qeydiyyat və şəxsiyyət
vəsiqəsi bölmələrinin mütəxəssisləri, mənzil
– kommunal istismar sahələrinin, rayon statistika
şöbələrinin mütəxəssisləri daxil edilə bilər.
1.4. İşçi qrupu “Azərbaycan Respublikası Seçki
Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi
haqqında” Azərbaycan Respublikası Qanununun
4.4-cü maddəsinə əsasən dairə seçki komissiyasının
qərarı ilə yaradılır.
2. İşçi qrupunun
formalaşdırılması qaydası
2.1. İşçi qrupunun
tərkibi və onun rəhbəri dairə seçki komissiyasının
qərarı ilə seçilir və azad olunur.
2.2. İşçi qrupuna onu yaradan dairə seçki komissiyasının
həlledici səs hüquqlu üzvü rəhbərlik edir.
2.3. İşçi qrupunun üzvləri müvafiq dövlət orqanlarının
rəhbərləri ilə razılaşdırılmaqla bu işə cəlb
edilir və əsas iş yerindən müvəqqəti ayrılmaqla
öz vəzifələrini həyata keçirirlər. Onların əsas
iş yeri üzrə vəzifə maaşları və digər ödənişlər
saxlanılır.
3. İşçi qrupunun
və onun rəhbərinin hüquqları
3.1 İşçi qrupunun
aşağıdakı hüquqları vardır:
3.1.1. təsdiq edilmiş namizəddən, namizədin,
siyasi partiyaların, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndələrindən, imza toplayan
şəxslərdən, seçicilərdən və müvafiq orqanlardan
öz səlahiyyəti daxilində bütün məsələlər üzrə
məlumat tələb etmək və almaq.
3.1.2. işçi qrupunun öz vəzifələrini qanunauyğun
şəkildə yerinə yetirə bilməsi üçün bütün məsələlərə
dair müvafiq dövlət orqanlarına, bələdiyyə qurumlarına
və digər orqanlara müraciət etmək, səlahiyyətləri
çərçivəsində bütün məsələlər üzrə zəruri məlumat
və materialları tələb etmək.
3.1.3. imza vərəqələrində olan məlumatların
düzgün olub-olmamasını təsdiq edən əsas kimi
qəbul edilən rəyləri tərtib etmək və hər bir
təsdiq edilmiş namizəd üzrə imza vərəqələrinin
yoxlanılmasının nəticələri haqqında işçi qrupunun
protokolunu hazırlayaraq, qrupun rəhbərinə təqdim
etmək.
3.1.4. işçi qrupunun öz vəzifələrini qanunauyğun
şəkildə yerinə yetirə bilməsi üçün lazımi avadanlıq
və materiallarla təmin olunmasını tələb etmək.
3.2. İşçi qrupunun üzvləri fəaliyyət göstərdikləri
müddətdə dairə seçki komissiyası ilə bağlanmış
əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi
məbləğdə əmək haqqı alırlar.
3.3. İşçi qrupunun verdiyi sorğuya müvafiq orqandan
3 gün müddətində, əgər səsvermə gününə 75 gündən
az vaxt qalmışsa, ən geci 1 gün müddətində rəsmi
cavab almaq hüqüqu vardır.
3.4. İşçi qrupu rəhbərinin aşağıda göstərilən
hüquqları vardır:
3.4.1. Qrupun işini təşkil edir, dairə seçki
komissiyası ilə razılaşdırmaqla müvafiq orqan
və təşkilatlara sorğu verməklə, sənədlər tələb
edir. Təsdiq edilmiş hər bir namizəd üzrə imza
vərəqələrinin yoxlanılması nəticələri haqqında
tərtib olunub imzalanmış protokolu qərar qəbul
edilməsi üçün dairə seçki komissiyasına təqdim
edir.
3.4.2. Qrupun üzvləri arasında vəzifə bölgüsü
aparır, qrupun işinə cəlb edilmiş mütəxəssislərə
tapşırıqlar verir və onların icrasını yoxlayır.
3.4.3. İşçi qrupunun dairə seçki komissiyası
ilə qarşılıqlı fəaliyyətini təmin edir.
3.4.4. Yoxlamanın yekunlarına dair protokolları
və başqa sənədləri imzalayır.
3.4.5. Dairə seçki komissiyasının tələbinə əsasən
komissiyanın iclasında işçi qrupunun gördüyü
işlər barədə məruzə edir.
4. İşçi qrupunun
vəzifələri
4.1. İşçi qrupunun
tərkibinə daxil edilmiş ekspert və mütəxəssislər
təqdim edilən seçki sənədlərində və imza vərəqələrində
olan məlumatların düzgün olub-olmamasını yoxlayır
və bu barədə ayrı-ayrılıqda rəy verirlər. İşçi
qrupunun mütəxəssislərinin rəyləri imza vərəqələrində
və digər seçki sənədlərindəki məlumatların düzgün
olub-olmamasını təsdiq edən əsas kimi qəbul
edilir. Seçici imzalarının etibarsız sayılmasının
əsasları bu rəydə öz əksini tapmalı, habelə
müvafiq qovluğun nömrəsi və müvafiq imza vərəqəsindəki
sətrin nömrəsi qeyd olunmalıdır.
4.2. İşçi qrupuna təqdim edilən seçki sənədlərində
və imza vərəqələrində olan məlumatların və faktların
düzgünlüyünü yoxlayır, imza vərəqələrində olan
məlumatların düzgün olub-olmaması haqqında müvafiq
rəy verir. Seçici imzalarının etibarsız sayılmasının
əsasları göstərilməklə, müvafiq qovluğun nömrəsini,
müvafiq imza vərəqəsindəki sətrin nömrəsini
qeyd edir və yoxlamanın nəticəsi barədə cədvəl
hazırlayır.
4.3. Təsdiq edilmiş hər bir namizəd üzrə imza
vərəqələrinin yoxlanılmasının nəticəsi haqqında
işçi qrupunun rəhbəri tərəfindən ayrıca protokol
tərtib edilir, imzalanır, həmin protokola ekspert
və mütəxəssislərin rəyləri və yoxlama cədvəli
əlavə olunaraq, müvafiq qərar qəbul edilməsi
üçün dairə seçki komissiyasına təqdim edilir.
Protokolda etibarsız hesab edilmiş imzaların
sayı əsası qeyd olunmaq şərti ilə göstərilməlidir.
Protokolun surəti namizədin qeydə alınması məsələsini
gündəliyə çıxaran dairə seçki komissiyası iclasının
başlanmasına azı 24 saat qalmış namizədə və
ya onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə
verilir.
5. Yekun müddəaları
5.1. İşçi
qrupunun səlahiyyət müddəti şikayət olmadıqda
seçki gününə 60 gün qalmış, şikayət olarsa,
yuxarı seçki komissiyası və ya müvafiq məhkəmə
tərəfindən şikayətin araşdırması bitdikdən sonra
başa çatır.
5.2. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən
edilə bilər.