|
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə namizədlərin qeydə
alınması üçün dairə seçki komissiyalarına təqdim
olunmuş seçki sənədlərində və imza vərəqələrindəki
məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə
müvafiq dairə seçki komissiyası tərəfindən yaradılmış
işçi qrupunun Əsasnaməsinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3-cü,
19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi
haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü
il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
“Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə namizədlərin
qeydə alınması üçün dairə seçki komissiyalarına
təqdim olunmuş seçki sənədlərində və imza vərəqələrindəki
məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə
müvafiq dairə seçki komissiyası tərəfindən yaradılmış
işçi qrupunun Əsasnaməsi” təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|