|
“Azərbaycan Respublikasının
üçüncü çağırış Milli Məclisinə 2005-ci il noyabrın
6-da keçiriləcək seçkilərdə səsvermə günü seçki
bülletenlərini alan zaman seçicilərin barmaqlarının
gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına
dair” Təlimatın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 25.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
“Azərbaycan
Respublikasının üçüncü çağırış Milli Məclisinə
2005-ci il noyabrın 6-da keçiriləcək seçkilərdə
səsvermə günü seçki bülletenlərini alan zaman
seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə
işarələnməsi qaydalarına dair Təlimat” təsdiq
edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|