|
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqatın
aparılması ilə əlaqədar televiziya və radio təşkilatlarının
kanallarında efir vaxtının verilməsi və dövri
nəşrlərdə seçkiqabağı təşviqat materiallarının
dərc edilməsi qaydaları haqqında Təlimatın təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 25.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
“Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı
təşviqatın aparılması ilə əlaqədar televiziya
və radio təşkilatlarının kanallarında efir vaxtının
verilməsi və dövri nəşrlərdə seçkiqabağı təşviqat
materiallarının dərc edilməsi qaydaları haqqında
Təlimat” təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|