|
Azərbaycan Respublikasının
Milli Məclisinə deputatlığına namizədin, siyasi
partiyaların və siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin statusu haqqında Təlimatın təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3-cü,
19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi
haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü
il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
“Azərbaycan
Respublikasının Milli Məclisinə deputatlığına
namizədin, siyasi partiyaların və siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndələrinin statusu
haqqında Təlimat” təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|