|
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının
açılmasının və aparılmasının uçotu, hesabatı qaydası,
habelə namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının
seçki fonduna vəsaitin daxil olması və xərclənməsi
qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3-cü,
94.1-ci, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
“Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi
seçki hesablarının açılmasının və aparılmasının
uçotu, hesabatı qaydası, habelə namizədlərin,
qeydə alınmış namizədlərin, siyasi partiyaların,
siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin
daxil olması və xərclənməsi qaydaları haqqında
Təlimat” təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|