|
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə beynəlxalq (xarici)
müşahidəçilərin fəaliyyət qaydaları haqqında Təlimatın
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 44-cü,
25.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
“Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə beynəlxalq
(xarici) müşahidəçilərin fəaliyyət qaydaları haqqında
Təlimat” təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov |