. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi haqqında Təlimatın yeni redaksiyada təsdiq edilməsi və namizədin özü, seçicilərin təşəbbüs qrupu, siyasi partiya və siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş namizədin müdafiəsi üçün seçici imzalarının toplanması haqqında Yekun Protokolunun qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

1. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi haqqında Təlimat” yeni redaksiyada təsdiq edilsin.
2. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədin özü, seçicilərin təşəbbüs qrupu, siyasi partiya və siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş namizədin müdafiəsi üçün seçici imzalarının toplanması haqqında Yekun Protokol” qüvvədən düşmüş hesab edilsin.


Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası