Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 02 sentyabr 2004-cü
il tarixli 17/110
saylı Qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə seçkilərində seçkiqabağı
təşviqatın aparılması üçün qeydə alınmış namizədlər,
namizədləri qeydə alınmış siyasi partiyalar,
siyasi partiyalar bloku arasında teleradio verilişlərində
efir vaxtının, eləcə də dövri nəşrlərin səhifələrində
yer ayrılması üçün seçki komissiyaları tərəfindən
keçirilən püşkatmanın
Q A Y D A S I
1. Seçkiqabağı təşviqatın
aparılması üçün qeydə alınmış namizədlər (bundan
sonra namizədlər) arasında teleradio verilişlərində
efir vaxtlarının, eləcə də dövri nəşrlərin səhifələrində
yer ayrılması Azərbayçan Respublikasının Seçki
Məcəlləsi ilə tənzimlənir.
2. Azərbayçan Respublikasının Seçki Məcəlləsinə
əsasən seçkiqabağı materialların efirəçıxma
və nəşredilmə tarixi və vaxtı müvafiq seçki
komissiyasının və teleradio verilişləri təşkilatlarının,
eləcə də dövri nəşrlərin redaksiyalarının nümayəndələrinin
iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir.
3. Püşkatmanın keçirilməsinin yeri və tarixi
haqqında müvafiq seçki komissiyasının məlumatı
qanunla müəyyən olunmuş qaydada dərc edilir.
4. Püşkatma keçirilməsində Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində
göstərilən şəxslərin iştirak etmək hüququ vardır.
Püşkatma komissiyası tərəfindən tərtib olunub,
müvafiq seçki komissiyasının təsdiq etdiyi efir
vaxtının verilməsi cədvəli, namizədlərə siyasi
partiyalara və siyasi partiyalar blokuna pulsuz
efir vaxtı ayrılması üçün əsasdır.
5. Püşkatma keçirilməsinin təşkili, efir vaxtının
və dövri nəşrlərin səhifələrində yerlərin verilməsi
cədvəlinin tərtibi üçün püşkatma komissiyası
müvafiq seçki komissiyasının üzvləri sırasından
üç nəfərdən ibarət tərkibdə yaradılır.
6. Püşkatma komissiyası püşkatmanın keçirilməsi
yeri, tarixi və vaxtı barədə buna hüququ olan
şəxslərə püşkatmanın keşirilməsinə ən azı 24
saat qalmışadək məlumat verməlidir.
7. Püşkatma komissiyası, elan edilmiş gündə,
saatda və yerdə bələdiyyə üzvlüyünə namizədlər
və ya onların tapşırığı ilə səlahiyyətli nümayəndələri,
eləcə də, namizəd irəli sürmüş siyasi partiyaların,
siyasi partiya bloklarının səlahiyyətli nümayəndələri
arasında müvafiq teleradio şirkəti nümayəndələrinin
iştirakı ilə püşkatma keçirir.
8. Püşkatma üçün adları siyahıda olan namizədlərin
sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən
fərqlənməyən dördkünc kağız parçaları hazırlanır.
Həmin kağız parçaları nömrələnir, dörd yerə
bükülür və qutuya salınaraq qarışdırılır. Sonra
namizədlərin və ya səlahiyyətli nümayəndələrin
hər biri növbə ilə qutudan bir büküm çıxararaq,
kağızda yazılmış nömrəni elan edir. Namizədlər
və ya səlahiyyətli nümayəndələr püşkatmada iştirak
etmədikdə müvafiq seçki komissiyası bunu püşkatma
keçirilməsində iştirak edən şəxslərin razılığı
ilə digər bitərəf şəxsə həvalə edə bilər. Püşkatmanın
nəticələrinə ğörə müvafiq seçki komissiyası
tərəfindən cədvəl tərtib olunur.
9. Müvafiq seçki komissiyası tərəfindən püşkatmanın
keçirildiyi gün püşkatmanın nəticələrinə dair
cədvəl təsdiq edilməlidir.
10. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir.
Püşkatma nəticəsində efir vaxtının bölgüsü müvafiq
seçki komissiyası tərəfindən dərc olunur.
Seçkiqabağı təşviqatın aparılması üçün teleradio
verilişləri təşkilatlarının ayırdıqları efir
vaxtının və dövri nəşrlər redaksiyalarının ayırdıqları
səhifələrdə yerlərin ümumi həcmi və ayrılma
qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə tənzimlənir.
________