. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(BƏLƏDİYYƏ[17.12.2004])

 

Bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloku arasında teleradio verilişlərində efir vaxtının, eləcə də dövri nəşrlərin səhifələrində yer ayrılması üçün seçki komissiyaları tərəfindən keçirilən püşkatmanın qaydasının təsdiq edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3-cü, 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

Bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloku arasında teleradio verilişlərində efir vaxtının, eləcə də dövri nəşrlərin səhifələrində yer ayrılması üçün seçki komissiyaları tərəfindən keçirilən püşkatmanın Qaydası təsdiq edilsin.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az