Bələdiyyə
üzvlüyünə namizədin gəlirlərinin miqdarı, mənbələri,
mülkiyyəti və əmlakları barədə məlumatın toplanması
qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
QƏRARI
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 25.3-cü, 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a
a l ı r :
Bələdiyyə üzvlüyünə
namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti
və əmlakları barədə məlumatın toplanması Qaydası
təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov