Bələdiyyə
seçkilərinin hazırlanmasına və keçirilməsinə
dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin
seçki komissiyaları arasında bölüşdürülməsi,
göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə,
qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin
seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadəyə
nəzarət edilməsi qaydaları haqqında təlimatın
təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
QƏRARI
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 25.3-cü, 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a
a l ı r :
Bələdiyyə seçkilərinin
hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən
ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları
arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən
təyinatı üzrə istifadəyə, qeydə alınmış bələdiyyə
üzvlüyünə namizədlərin seçki fondlarına daxil
olmuş vəsaitlərdən istifadəyə nəzarət edilməsi
qaydaları haqqında Təlimat
təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov