. : TƏLİMATLAR(MİLLİ MƏCLİS[19.10.2004])

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 avqust 2004-cü il tarixli 14/83 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə
seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər arasında teleradio verilişlərində efir vaxtının, eləcə də dövri nəşrlərin səhfələrində yer ayrılması üçün dairə seçki komissiyaları tərəfindən keçirilən püşkatmanın

Q A Y D A S I

1. Seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər (bundan sonra namizədlər) arasında teleradio verilişlərində efir vaxtlarının, eləcə də dövri nəşrlərin səhfələrində yer ayrılması Azərbayçan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
2. Azərbayçan Respublikasının Seçki Məcəlləsinə əsasən seçkiqabağı materialların efirəçıxma və nəşredilmə tarixi və vaxtı dairə seçki komissiyasının və teleradio verilişləri təşkilatlarının, eləcə də dövri nəşrlərin redaksiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir.
3. Püşkatmanın keçirilməsi yeri və tarixi haqqında dairə seçki komissiyasının məlumatı rəsmi dərc edilir.
4. Püşkatma keçirilməsində dairə seçki komissiyası üzvlərinin, namizədlərin, həmçinin namizədlərin,siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin, həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən digər şəxslərin iştirak etmək hüququ vardır. Püşkatma komissiyası tərəfindən tərtib olunub, dairə seçki komissiyasının təsdiq etdiyi efir vaxtının verilməsi cədvəli namizədlərə pulsuz efir vaxtı ayrılması üçün əsasdır.
5. Püşkatma keçirilməsinin təşkili, efir vaxtının və dövri nəşrlərin səhfələrində yerlərin verilməsi cədvəlinin tərtibi üçün püşkatma komissiyası dairə seçki komissiyasının üzvləri sırasından üç nəfərdən ibarət tərkibdə yaradılır.
6. Püşkatma komissiyası püşkatmanın keçirilməsi yeri, tarixi və vaxtı barədə namizədlərə, səlahiyyətli nümayəndələrə püşkatmanın keşirilməsinə ən azı 24 saat qalmışadək məlumat verməlidir.
7. Püşkatma komissiyası elan edilmiş gündə, saatda və yerdə deputatlığa namizədlər və ya onların tapşırığı ilə səlahiyyətli nümayəndələri, eləcə də, namizəd irəli sürmüş siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələri arasında müvafiq teleradio şirkəti nümayəndələrinin iştirakı ilə püşkatma keçirir.
8. Püşkatma üçün adları siyahıda olan namizədlərin sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən fərqlənməyən dördkünc kağız parçaları hazırlanır. Həmin kağız parçaları nömrələnir, dörd yerə bükülür və qutuya salınaraq qarışdırılır. Sonra namizədlərin və ya səlahiyyətli nümayəndələrin hər biri növbə ilə qutudan bir büküm çıxararaq (namizədlər və ya səlahiyyətli nümayəndələr püşkatmada iştirak etmədikdə dairə seçki komissiyası bunu püşkatma keçirilməsində iştirak edən şəxslərin razılığı ilə digər bitərəf şəxsə həvalə edə bilər), kağızda yazılmış nömrəni elan edir. Püşkatmanın nəticələrinə ğörə dairə seçki komissiyası tərəfindən cədvəl tərtib olunur.
9. Dairə seçki komissiyası püşkatmanın nəticələrinə dair cədvəli püşkatmanın keçirildiyi gün tərəfindən təsdiq etməlidir.
10. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir. Püşkatma nəticəsində efir vaxtının bölgüsü dairə seçki komissiyası tərəfindən dərc olunur.
Seçkiqabağı təşviqatın aparılması üçün teleradio verilişləri təşkilatlarının ayırdıqları efir vaxtının və dövri nəşrlər redaksiyalarının ayırdıqları səhifələrdə yerlərin ümumi həcmi və ayrılma qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.

________


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az