. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(MİLLİ MƏCLİS[19.10.2004])

 

Seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər arasında teleradio verilişlərində efir vaxtlarının, eləcə də dövri nəşrlərin səhifələrində yerlərin ayrılması üçün puşkatmanın keçirilməsi qaydası təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.10-cu, 25.3-cü, 77-88-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

Seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər arasında teleradio verilişlərində efir vaxtlarının, eləcə də dövri nəşrlərin səhifələrində yerlərin ayrılması üçün puşkatmanın keçirilməsi Qaydası təsdiq edilsin.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az