Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin
nəticələri haqqında dairə seçki komissiyası
protokolunun doldurulması qaydası haqqında İzahın
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3-cü,
28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
təsdiq edilməsi və qüvvəyə minməsi haqqında
Azərbaycan Respublikasının 27 may 2003-cü il
tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri
haqqında dairə seçki komissiyası protokolunun
doldurulması qaydası haqqında İzah
təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi
Mahmudov