| .
: Seçkilər və Referendumlar-2002 |
2002-ci il aprelin
15-də Azərbaycan Respublikası Milli Məclisinə
24 saylı Nərimanov I, 29 saylı Əli-Bayramlı-Salyan,
31 saylı Kəpəz seçki dairələri üzrə əlavə seçkilər keçirilmişdir.Seçkidə
seçici siyahılarına daxil edilmiş 120.224 nəfər vətəndaşdan
64,73 faizi iştirak etmişdir.
Ölkədə 2002-ci il avqustun 24-də keçirilmiş
ümumxalq səsverməsi (referendum) Azərbaycan Respublikası
konstitusiyasında dəyişikliklər edilməsi məsələsinə
həsr edilmişdir. Ümumxalq səsverməsi başa çatdıqdan
sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
referendum dairələri dairə seçki komissiyalarının səslərin
hesablanması haqqında protokollarına əsasən müəyyən
etmişdir ki, ölkə üzrə 100 referendum dairəsindən (42
saylı Xankəndi referendum dairəsi istisna edilməklə)
99-da səsverənlər siyahılarına daxil edilmiş seçki hüququ
olan 4.449.260 Azərbaycan Respublikası vətəndaşından
3.731.051 nəfəri və ya 83,86 faizi referendumda iştirak
edərək səs vermişdir.
2002-ci il noyabrın 2-də Azərbaycan
Respublikasının bəzi ərazilərində yeni bələdiyyə yaradılması
və sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması
üçün seçkilər keçirilmişdir. Seçkilər Bakı şəhərinin
11 saylı, Xətai seçki ərazisinin 113 və 114 saylı məntəqələrində,
həmçinin 54 saylı Masallı seçki ərazisinin 3 saylı məntəqəsində
səsvermənin nəticələri etibarsız sayılmışdır.
Bakı şəhəri Binəqədi rayonunun Xocasən qəsəbəsində yeni
bələdiyyə yaradılmış və respublikanın bələdiyyələrinə
seçkilər üzrə bəzi seçki ərazilərində sıradan çıxmış
bələdiyyə üzvlərinin yerinin tutulması üçün 2
noyabr 2002-ci ildə 58 seşki ərazisində 546
bələdiyyəyə seçkilər keçirilmişdir.
963 seçki məntəqəsi üzrə seçici siyahılarına daxil edilmiş
880.964 seçicidən 369.106 nəfəri, yəni 44,96 faizi seçkidə
iştirak etmiş, beləliklə, “Bələdiyyələrə seçkilərin
qaydaları haqqında” Azərbaycan Respublikası Qanunna
uyğun olaraq seçkilər baş tutmuşdur.
Bələdiyyələrdə 743 yerə seçilməkdən ötrü 1604 vətəndaşın
namizədin namizədliyi səsə qoyulmuş və onlardan səsvermədə
daha çox səs toplamış şəxslər bələdiyyələrə üzv seçilmişdir.
|