| .
: Seçkilər və Referendumlar-2001 |
2001-ci il yanvarın
7-də Azərbaycan Respublikasının Milli Məclisinə
7 saylı Yasamal II, 9 saylı Xətai I, 10 saylı Xətai
II, 38 saylı Sumqayıt I, 51 saylı Ağsu-Kurdəmir, 53
saylı Astara, 56 saylı Bərdə şəhər, 65 saylı Qusar,
68 saylı İmişli, 94 saylı Hacıqabul- Salyan və 99 saylı
Şəmkir seçki dairələri üzrə əlavə seçkilər keçirilmişdir.
Bu seçkilər üçün seçki dairələrində dairə və məntəqə
seçki məntəqə komissiyaları1/3 prinsipi ilə yeni tərkibdə
təşkil edilmişdi.
Milli Məclisə təkrar seçkilərdə birmandatlı seçki dairələri
üzrə 147 vətəndaş deputatlığa namizədliyinin irəli sürülməsi
üçün dairə seçki komissiyalarından imza vərəqələri almış,
onlardan 111 nəfəri bildiriş sənədlərini (o cümlədən,
doldurulmuş imza vərəqələrini) komissiyalara təqdim
etmişdir. Bunlardan 90 nəfərin namizədliyi dairə seçki
komissiyalarında qeydə alınmış, 14 nəfər isə sonradan
namizədliyini geri götürmüşdür.
Təkrar seçkilərdə adları seçki bülletenlərinə daxil
edilmiş 76 namizəddən 34 nəfəri bitərəf, 37-si 9 siyasi
partiyanın nümayəndəsi idi.
Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə
səsvermədə 11 seçki dairəsinin 544 seçki məntəqəsi üzrə
seçici siyahılarlna daxil edilmiş 480.185 vətəndaşın
71,33 faizi iştirak etmişdir.
Ümumiyyətlə ikinci çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə birmandatlı 99 seçki dairəsi üzrə 5
noyabr 2000-ci ildə və 7 yanvar 2001-ci ildə keçirilmiş
seçkilərdə 4.964 seçki məntəqəsində seçici siyahılarında
olan seçicilərin 68.93 faizi iştirak etmişdir. 2.926.904
seçki bülleteni etibarlı hesab edilmiş, adları seçki
bülletenində olan namizədlərin lehinə 2.888.813 nəfər,
əleyhinə isə 38.091 nəfər səs vermişdir. Birmandatlı
seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli
Məclisinə seçilmiş deputatların 27 faizini bitərəflər,
73 faizini partiya üzvləri təşkil edirdi.
2001-ci il aprelin 27-də
Azərbaycan Respublikasının bəzi bələdiyyələrinə yeni
seçkilərin keçirilməsi nəzərdə tutulan 43 seçki ərazisi
seçki keçirilmişdir. Seçici siyahısına daxil edilmiş
444.289 nəfər vətəndaşdan 205.806-si və ya 46,32 faizi
seçkilərdə iştirak etmişdir.
2001-ci il noyabrın
16-da Azərbaycan Respublikasının Milli Məclisinə
528 saylı Ağcabədi və 871 saylı Tovuz şəhər seçki dairəsi
üzrə əlavə seçkilər keçirilmişdir. Seçici siyahısına
daxil edilmiş 87.327 vətəndaşdan 60.69 faizi seçkilərdə
işt irak etmişdir.
|