| .
: Seçkilər və Referendumlar-1999 |
AZƏRBAYCAN RESPUBLIKASINDA
BƏLƏDİYYƏ SEÇKİLƏRİ
Respublikada 1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə
seçkiləri ölkənin siyasi həyatında bir neçə ay ərzində
cəmiyyətin diqqətini özünə cəlb edən böyük və mühüm
tədbir idi.
Seçkilərə hazırlıq dövründə demokratik qaydada, püşkatma
yolu ilə 74 ərazi seçki komissiyası və 4.683 məntqə
seçkl komissiyası yaradılmışdı ki, bunlarm datərkibində
ümumən 90,5 min vətəndaş seçkinin təşkili ilə məşğul
idi. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçmiş siyasi partiyalarm çoxu bələdiyyə
seçkilərində fəal iştirak etmişdir. Ərazi seçki komissiyaların
tərkibində siyasi partiyalardan təqribən 18 faizi, ictimai
birlikləri (təşkilatların) isə 30 faizdən çox nümayəndəsi
vardı. Məntəqə seçki komissiyalarmın tərkibində 21 siyasi
partiyanın 5 min nəfərdən artıq nümayəndəsi təmsil olunmuşdu.
Namizəd göstərilmək üçün müraciət etmiş 43 min nəfərdən
artıq vətəndaşın 35,6 min nəfəri və ya 80 faizdən çoxu
bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmış və onların
adları seçki bülletenlərinə daxil edilmişdi. Bunların
54,4 faizi öz namizədliklərini müstəqil irəli sürmüş,
40 faizdən çoxu isə siyasi partiyalar tərəfindən namlzəd
göstərilmişdi. Namizədlikləri səsə qoyulan şəxslər arasında
ümumiyyətlə 26 siyasi partiyanm təqribən 18 min üzvü
və nümayəndəsi təmsil olunmuşdu ki, bu da bütün namizədlərin
51 faizini təşkil edirdi.
Ölkənin vətəndaşları seçki əraziləri üzrə ümumi, bərəbər,
birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gisli
səsvermə yolu jlə iştirak etmişlər.
Seçki ərazilərindəki 2.667 bələdiyyəyə üzvlər seçilmək
üçün səsvermə keçirilmişdir. Respublika üzrə seçici
siyahılarına daxil edilmiş 4.312.265 seçicidən 52,6
faizi səsvermədə iştirak etmişdir. Bütün bələdiyyələrdən
2.591-də seçki baş tutmuşdu. Seçkl ərazilərində bələdiyyə
üzvlüyünə seçilmək üçün namizədlikləri səsə qoyulan
şəxslərin 20.456 nəfəri və ya 57,46 faizi bələdiyyələrə
üzv seçilmişdi.
Respublikanın bir sıra seçki ərazllərində seçicilərin
seçkiyə az gəlməsi səbəblndən seçkilər baş tutmamış,
habelə səsvermənin gedişində və səslər hesablanarkən
nəticələrə təsir göstərən qanun oozuntuları askar edildivinə
görə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
və bəzi ərazi seçki komissiyalarınm qərarları ilə bir
sıra bələdiyyələr üzrə seçkilərin nəticələri ləğv edilmişdi.
2000-ci il martın 26-da 26 seçkl ərazisində 75 bələdiyyəyə
təkrar seçkilər keçirildi. 74 bələdiyyəyə daha 566 üzv
seçilmiş, Bakı şəhərinin Nərimanov rayon bələdiyyəsinə
iyunun 25-nə yeni təkrar seçkilər təyin olunmuşdur.
Azərbaycan RespubNkasında bələdiyyə seçkilərl ölkənin
həyatında çox mühüm hadisə olmuş, demokratlk dövlət
quruculuğunda əhalinin fəallığının artmasma və cəmiyyətdə
ictimai sabitliyin daha da möhkəmlənməsinə kömək etmişdir.
|