| .
: Seçkilər və Referendumlar-1998 |
Azərbaycan Respublikası
Prezidentinin Seçkiləri
1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda
dördüncü dəfə keçirilən Prezident seçkiləri günü səsvermədə
3.358.465 seçici iştirak etmişdi ki, bu da seçici siyahılarında
seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi
(Prezident seçkiləri haqqında Qanunun 53-cü maddəsinə
görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin
azı 25 faizi seçkilərdə iştirak etdikdə seçki baş tutmuş
sayılır). Seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059
nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən
biri olan Əliyev Heydər Əlirza oğluna səs verilmişdir.
Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının
101- ci məddəsinin ikinci hissəsinə uyğun olaraq H.Ə.ƏIiyev
səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini
səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir.
1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasmın
Mərkəzi Seçki Komissiyası Prezident seçkllərinə yekun
vurdu. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri
Mərkəzi Seçki Komissiyası tərəflndən Azərbaycan Resaublikasının
Konstitusiya Məhkəməsinə təqdim olundu və 1998-ci il
oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin
yekunları haqqında məlumatı rəsmən elan etdi.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
günü Prezidentin andiçmə mərasimi keçirildi
|