. : Seçkilər və Referendumlar-1991

Azərbaycan Respublikası Prezidentinin Seçkiləri
Azərbaycan Respublikasında ilk Prezident seçkiləri 1991-ci il sentyabrın 8-də olub.
Prezldent seçilib: Mütəllibov Ayaz Niyaz oğlu Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 84,4 faizi səsvermədə iştirak etmişdir.
Lehinə seçicilərin 98,5 faizi səs vermişdir.
Əlehinə səs vermişdir 1,5 faiz.
Referendumlar (ÜMUMXALQ SƏSVERMƏLƏRİ)
Azərbaycan Respublikasında ilk referendum 1991-ci il martın 17-də keçirilmjş və bərabər hüquqlu respublikaların federasiya klmi SSR İttifaqının saxlanması məsələsinə həsr olunmuşdıy.
Referendumda belə bir sual qoyulmuşdu: "Siz Hər bir millətdən olan insanın hüquq və azadlıqlarına tam təminat verərək Sovet Sosialist Respublikalar İttifaqmın bərabər hüquqlu suveren respublikaların yeniləşdirilmiş federasiya kimi saxlanılmasını lazım bilirsinizmi?"
Bu məsələ ilə əlaqədar sesvermədə 2.903.797 vətəndaş iştirak etmjşdir.
Sualın lehinə 2.709.246 nəfər və ya 93,3 faiz səsvermiş, əleyhinə səsverənlərin sayı 196.225 nəfər və ya 5,83 faiz olmuşdur.
1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasmın dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi barədə referendum keçirilmiş və "Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" sualı qoyulmuşdu.
Referendiumda 3.751.174 nəfər və ya səsverənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak etmiş, səsverənlərin 99,58 faizi sualın lehinə 0,2 faizi isə əleyhinə səs vermişdir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az