Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrasının davamı olaraq tərtib edilmiş Tədris proqramı əsasında 2007-ci il dekabrın 3-dən başlayaraq qruplara bölünməklə dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilməsi haqqında
28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı bir sıra konkret tədbirlər həyata keçirilmiş, həmin sənədin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılması və seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə, onlar üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə müvafiq kurslar təşkil edilmiş, kurslarda iştirak edən seçki rəsmilərinə ixtisasartırma haqqında müvafiq Sertifikat verilmişdir.
Hazırda Mərkəzi Seçki Komissiyası həmin Sərəncamın icrasının davam etdirilməsi ilə bağlı hazırlıq işləri apararaq dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyasının sədrləri üçün kursların təşkil edilməsi işini başa çatdırmışdır. Ona görə də cari ilin dekabr ayının 3-dən etibarən həmin kursların başlanması müqsədəmüvafiq hesab edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrasının davamı olaraq tərtib edilmiş Tədris proqramı əsasında 2007-ci il dekabrın 3-dən başlayaraq qruplara bölünməklə dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli