. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Normativ xarakterli aktların qəbul edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr,  2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə seçkilərin (referendumun) hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi təlimatların qəbul edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü,  25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

  •  Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:
    •  Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında Təlimat;
    •  Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat;
    •  Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) yerli  müşahidənin aparılması qaydaları haqqında Təlimat;
    •  Azərbaycan Respublikasının Prezidenti seçkilərində beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət qaydaları haqqında Təlimat;
    •  Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) seçki bülletenlərinin (referendum üzrə səsvermə bülletenlərinin), dairə və məntəqə seçki komissiyalarının səsvermə protokollarının və səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin hazırlanması və müvafiq seçki komissiyalarına verilməsi qaydaları haqqında Təlimat;
    •  Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat;
    •  Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində mətbuat qrupu haqqında Əsasnamə;
    •  Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat.
  • Müvafiq seçkilərin (referendumun) hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilsin.
  • Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                 Məzahir Pənahov

Müavin             Svetlana Qasımova

Katib                Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası