Bəzi seçki dairələrinin dislokasiyalarında və dairə seçki komissiyalarının tərkiblərində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında, “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında“, “Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında” və “Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında“ Qanunları ilə bəzi inzibati ərazi vahidlərinin adlarında və dislokasiyalarında müvafiq dəyişikliklər edilmişdir və yeni inzibati ərazi dairələri yaradılmışdır. Bununla əlaqədar bəzi seçki dairələrinin və inzibati ərazi vahidlərinin dislokasiyalarının dəyişdirilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19-14, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Azərbaycan Respublikasının Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbələr Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələri adlandırılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi, Birinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılması, İkinci Zobucuq qəsəbəsi mərkəz olmaqla İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılması, Üçüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılması, Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılması və Beşinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Beşinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılması ilə əlaqədar 84 saylı Füzuli seçki dairəsinin dislokasiyasına dəyişikliklər edilsin.
2. Azərbaycan Respublikasının Samux rayonunun Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılması, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilməsi, Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilməsi, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılması, Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilməsi və Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilməsi ilə əlaqədar 102 saylı Samux-Şəmkir seçki dairəsinin tərkibində müvafiq dəyişikliklər edilsin.
3. Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lerik qəsəbəsinə şəhər statusu verilməsi, Lerik qəsəbə inzibati ərazi dairəsi Lerik şəhər inzibati ərazi dairəsi hesab edilməsi ilə əlaqədar 78 saylı Lerik-Lənkəran seçki dairəsinin tərkibində müvafiq dəyişikliklər edilsin.
4. Azərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd, Əsədabad və Ünəş kəndləri Yardımlı qəsəbəsi ilə birləşdirilməsi və həmin kəndlər Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılması, Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Yardımlı qəsəbəsinə şəhər statusu verilməsi və Yardımlı qəsəbə inzibati ərazi dairəsi Yardımlı şəhər inzibati ərazi dairəsi hesab edilməsi ilə əlaqədar 72 saylı Yardımlı-Masallı seçki dairəsinin tərkibində müvafiq dəyişikliklər edilsin.
5.Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə həvalə edilsin.
6. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli