“Dairə seçki komissiyasının Katibliyi haqqında” Əsasnamənin qəbul edilməsi haqqında
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. “Dairə seçki komissiyasının Katibliyi haqqında” Əsasnamə qəbul edilsin.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 oktyabr 2005-ci il tarixli 32/149 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə seçki komissiyasının Katibliyi haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almaz Qəhrəmanlı
Akif Qurbanov
Oqtay Hümbətli