. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası məqsədilə dairə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi
və kurs iştirakçılarına təqdim ediləcək Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsi təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı geniş müzakirələr aparılmış, bir sıra konkret tədbirlər həyata keçirilərək həmin sənədin tələblərinə uyğun olaraq bu barədə Respublika İşçi Qrupuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hesabatlar verilmişdir.

Aşağı seçki komissiyaları üzvlərinin peşəkar hazırlığının artırılması və seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə müvafiq kursların keçirilməsi məqsədə müvafiq hesab edilmiş, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq 36 saat həcmində Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyası sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi üçün fəaliyyət proqramı hazırlanmış, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim ediləcək Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsi hazırlanmışdır.

Hazırda Mərkəzi Seçki Komissiyası Sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək cari ilin oktyabr ayının ikinci yarısından tədris kurslarının başlanmasını müqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

1. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası məqsədilə kursların təşkil olunması ilə əlaqədar həyata keçirilmiş hazırlıq işlərinin ilkin mərhələsi başa çatmış hesab edilərək tərtib edilmiş Tədris proqramına müvafiq olaraq 2007-ci il oktyabrın 16-dan başlayaraq 4 qrupa bölünməklə dairə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

2. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim ediləcək Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsi təsdiq edilsin.

Sədr                            Məzahir Pənahov

Müavin                        Svetlana Qasımova

Katib                            Natiq Məmmədov

Üzvlər:                

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova                                                              

Qabil Orucov                                                                     

Tofiq Həsənov                                                                     

İlham Məmmədov                                                            

Nizami Nadirov                                                               

Azər Tağıyev                                                                           

Tamam Cəfərova                                                          

Rövşən İsmayılov                                                    

Almaz Qəhrəmanlı                                                                                               

Akif Qurbanov                                                                                                    

Oqtay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası