. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

23 saylı Nəsimi – Səbail seçki dairəsinin dislokasiyasına aid olan 22 saylı seçki məntəqəsinin əhatə etdiyi ərazi 3 saylı seçki məntəqəsinin ərazisi hesab edilərək 29 saylı Səbail seçki dairəsinin mövcud dislokasiyasına, 29 saylı Səbail seçki dairəsinin dislokasiyasına aid olan 3 saylı seçki məntəqəsinin əhatə etdiyi ərazi  22 saylı seçki məntəqəsinin ərazisi hesab edilərək 23 saylı Nəsimi – Səbail seçki dairəsinin mövcud dislokasiyasına daxil edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında Azərbaycan Respublikası ərazisində müvafiq seçki dairələri yaradaraq onların dislokasiyalarını müəyyən etmiş, sxem və qrafik təsvirlərini təsdiq etmişdir. Hazırda 23 saylı Nəsimi – Səbail və 29 saylı Səbail seçki dairələrinin mövcud dislokasiyalarında Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.3.2-ci maddəsində nəzərdə tutulmuş əsasa görə dəyişiklik zərurəti yaranmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.5-ci maddəsinin tələbinə görə seçicilər barəsində məlumatlar əsasında, hər 5 ildən bir vahid seçicilər siyahısı tərtib edildikdən sonra seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri təsdiq edilməli, həmin dövr ərzində  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.3-cü və 46-cı maddələrinin tələbləri nəzərə alınmaqla seçki dairələrinin sxemi və onun qrafik təsfiri yenidən təsdiq edilə bilər. 

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.3-cü və 29.5-ci maddələrinə uyğun olaraq        q ə r a r a  a l ı r :
  1. 23 saylı Nəsimi – Səbail seçki dairəsinin dislokasiyasına aid olan 22 saylı seçki məntəqəsinin əhatə etdiyi ərazi 3 saylı seçki məntəqəsinin ərazisi hesab edilərək 29 saylı Səbail seçki dairəsinin mövcud dislokasiyasına daxil edilsin.
  2. 29 saylı Səbail seçki dairəsinin dislokasiyasına aid olan 3 saylı seçki məntəqəsinin əhatə etdiyi ərazi  22 saylı seçki məntəqəsinin ərazisi hesab edilərək 23 saylı Nəsimi – Səbail seçki dairəsinin mövcud dislokasiyasına daxil edilsin.
  3. Həmin dəyişikliklər nəzərə alınmaqla müvafiq seçki dairələrinin mövcud sxemi və qrafik təsviri yenidən təsdiq edilsin.
  4. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinə, Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.
  5. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                          Məzahir Pənahov

Müavin                      Svetlana Qasımova

Katib                         Natiq Məmmədov

Üzvlər:                     

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası