Seçki dairələrinin mövcud dislokasiyalarında dəyişiklik edilmiş ünvanlarla qanunvericiliyə müvafiq olaraq işin aparılması Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyaya, Mərkəzi Seçki Komissiyası Katibliyinin təşkilat şöbəsinə və Mərkəzi Seçki Komissiyası nəzdində ”Seçkilər” İnformasiya Mərkəzinə həvalə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş seçki dairələrinin dislokasiyalarına respublikamızda aparılan sürətli iqtisadi inkişafın nəticəsi olaraq vaxtaşırı yeni ünvanlar əlavə edilir və mövcud ünvanda müvafiq dəyişikliklər aparılır. Həmin işin daim nəzarətdə saxlanması və bununla əlaqədar seçki dairələrinin mövcud dislokasiyalarında müvafiq dəyişikliklərin aparılması zəruridir. Bu cür dəyişikliklər Mərkəzi Seçki Komissiyası tərəfindən daim nəzarətdə saxlanılmaqla yanaşı Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya, Mərkəzi Seçki Komissiyasının nəzdində “Seçkilər” İnformasiya Mərkəzi və Mərkəzi Seçki Komissiyası Katibliyinin təşkilat şöbəsi tərəfindən bilavasitə həyata keçirilməlidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 29-cu, 46.1-ci, 46.12-ci və 110.1-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
- Seçki dairələrinin mövcud dislokasiyalarında dəyişiklik edilmiş ünvanlarla qanunvericiliyə müvafiq olaraq işin aparılması Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyaya, Mərkəzi Seçki Komissiyası Katibliyinin təşkilat şöbəsinə və Mərkəzi Seçki Komissiyası nəzdində ”Seçkilər” İnformasiya Mərkəzinə həvalə edilsin.
- Həmin fəaliyyətə dair hesabatların Mərkəzi Seçki Komissiyasının nəzarətində saxlanılması təmin edilsin.
- Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli