. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı ilə seçki komissiyalarının üzvləri üçün mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərlə əlaqədar maarifləndirmə işinin aparılması Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına həvalə edilmişdir.

Mərkəzi Seçki Komissiyası Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar mütəmadi olaraq müvafiq subyektlər üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil etmiş və seçkilərlə əlaqədar maarifləndirmə işi aparmışdır.      

Hazırda həmin tədbirlərin davamı olaraq Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirənin keçirilməsini məqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.7-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  q ə r a r a   a l ı r :

1. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün 12 iyun 2008-ci il tarixdə seminar-müşavirə keçirilsin.   

2. Seminar-müşavirənin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlərin görülməsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə həvalə edilsin.        

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                          Məzahir Pənahov

Müavin                      Svetlana Qasımova

Katib                         Natiq Məmmədov

Üzvlər:                     

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası