“Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası haqqında” Əsasnaməyə 3.2-ci
maddəsinə əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
QƏRARI
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 28.5-ci, 19.4-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü
il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun
olaraq q ə r a r a a l ı r:
“Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası haqqında” Əsasnamənin 3.2-ci
maddəsinə aşağıdakı məzmunda əlavə edilsin:
“Özü də daxil olmaqla komissiya
üzvlərinin məzuniyyət hüquqlarının həyata keçirilməsi
üçün onlara illik əmək məzuniyyəti verilməsinin növbəliliyini
müəyyən edir və rəsmiləşdirir”.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov