Bəzi seçki dairələrinin adlarının dəyişdirilməsi, tərkibinə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının 9 may 2008-ci il tarixli “Azərbaycan Respublikasının Əli-Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında”, “Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında”, “Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” və “Azərbaycan Respublikasının Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsi haqqında” Qanunları ilə bəzi inzibati ərazi vahidlərinin adlarında və dislokasiyalarında müvafiq dəyişikliklər edilmişdir. Bununla əlaqədar həmin ərazilərin adları ilə adlandırılmış bəzi seçki dairələrinin və inzibati ərazi vahidlərinin adlarının, habelə dislokasiyalarının dəyişdirilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
46 saylı Əli – Bayramlı seçki dairəsi müvafiq olaraq 46 saylı Şirvan seçki dairəsi adlandırılsın.
-
101 saylı Xanlar-Daşkəsən seçki dairəsi müvafiq olaraq 101 saylı Göygöl – Daşkəsən seçki dairəsi adlandırılsın.
-
Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbə inzibati ərazi dairəsinin tərkibindəki Xızı qəsəbəsinə şəhər statusunun verilməsi, Xızı qəsəbə inzibati ərazi dairəsinin Xızı şəhər inzibati ərazi dairəsi hesab edilməsi, Qobustan qəsəbəsinə şəhər statusunun verilməsi, Qobustan qəsəbə inzibati ərazi dairəsinin Qobustan şəhər inzibati-ərazi dairəsi hesab edilməsi və Nərimankənd kəndinin və Nərimankənd kənd inzibati ərazi dairəsinin Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılması ilə əlaqədar 50 saylı Qobustan – Xızı – Quba seçki dairəsinin tərkibində müvafiq dəyişikliklər edilsin.
-
Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsinə aid olan Canavarlı kəndinin Seyid Yusifli kəndi adlandırılması ilə əlaqədar 93 saylı Bərdə şəhər seçki dairəsinin tərkibində müvafiq dəyişiklik edilsin.
-
Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə həvalə edilsin.
-
Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli