. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Dairə seçki komissiyalarının katibliklərində fəaliyyət göstərən hüquqşünas əməkdaşları üçün 30 may 2008-ci il tarixdə təlim-seminar keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərlə əlaqədar maarifləndirmə işinin aparılması həvalə edilmişdir.

Mərkəzi Seçki Komissiyası Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirərək 2007-ci ilin oktyabr-dekabr aylarında növbəliklə dairə seçki komissiyalarının sədrləri, habelə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri, eləcə də məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdir.

Hazırda həmin tədbirlərin davamı olaraq Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının katibliklərində çalışan hüquqşünas əməkdaşlar üçün təlim-seminarın keçirilməsini məqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.7-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  q ə r a r a   a l ı r :

1. Dairə seçki komissiyalarının katibliklərində fəaliyyət göstərən hüquqşünas əməkdaşları üçün 30 may 2008-ci il tarixdə təlim-seminar keçirilsin.

2. Təlim-seminarın hazırlanması və keçirilməsi ilə bağlı tədbirlərin görülməsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə həvalə edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                              Məzahir Pənahov

Müavin                          Svetlana Qasımova

Katib                              Natiq Məmmədov

Üzvlər:                           

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası