Bəzi seçki dairəsi dairə seçki komissiyalarının həlledici səs hüquqlu üzvlərinin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Şəmil Cəbrayıl oğlu Əliyev 3 saylı Babək – Kəngərli, Vahid Tofiq oğlu Qəmbərov və Sahib Yasin oğlu Məmmədov 9 saylı Binəqədi ikinci, Aydın Qurban oğlu Qurbanov 23 saylı Nəsimi – Səbail, Ramiz Kamandar oğlu Həsənli 32 saylı Suraxanı üçüncü, Ehtiram Xosrov oğlu İsmayılov 83 saylı Ağcabədi – Ağdam, Vaqif Hənnan oğlu Rəhimov, Məhruzə Musa qızı Hüseynova və Zaur Fazil oğlu Muradov 86 saylı İsmayıllı, Coşqun Vidadi oğlu Zeynalov 105 saylı Tovuz, Hikmət Nazim oğlu Cəfərov 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli